Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HƏYAT FƏLSƏFƏSİ 
    HƏYAT FƏLSƏFƏSİ (alm. Lebensphilosophie) – 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә, әsasәn, Almaniyada inkişaf etmiş fәlsәfi cәrәyan; “hәyat”ı intuitiv dәrk olunan bitkin reallıq kimi başlanğıc anlayış qismindә irәli sürürdü. H.f. klassik yeni Avropa rasionalizminin böhran keçirmәsinin ifadәsi idi. O, 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә mövcud olmuş neokantçılıqpozitivizm kimi fәlsәfi cәrәyanlarda metodologizmin vә qnoseologizmin hökmranlığına qarşı çıxırdı. Eyni zamanda “hәyat” anlayışının özü çoxmәnalı idi vә hәyat fәlsәfәsinin müxtәlif variantlarında fәrqli şәrh edilirdi. Bioloji-naturalist şәrh F.Nitsşedәn qaynaqlanan vә L.Klages, T.Lessinq vә başqaları ilә tәmsil olunan cәrәyan üçün sәciyyәvidir; burada “canlı” olan mexaniki quraşdırılan “süni”yә әks olan tәbii bir şey kimi vurğulanırdı. H.f.-nin bu variantı üçün “ruha” vә “ağla” müxaliflik, istәnilәn ideyanı fәrdin, yaxud ictimai qrupun “vital istәklәr”inә, “maraqlar”ına, “instinktlәr”inә, “iradә”sinә müncәr etmәk cәhdlәri, mәnәviyyat vә idrakın praqmatik şәrhi (xeyir vә hәqiqәt ilkin hәyati başlanğıcı güclәndirәn, şәr vә yalan isә onu zәiflәdәn şeydir), şәxsiyyәt başlanğıcının fәrdi başlanğıcla, fәrdin isә nәsillә dәyişdirilmәsi (totallıq), sosiologiyada orqanisizm sәciyyәvidir. H.f.-nin tarixi variantı (V.Diltey, O.Şpenqler, G.Zimmel, X.Orteqa-i-Qasset) “hәyat”ı bilavasitә daxili yaşantı, onun ruhi-mәnәvi mәdәniyyәtin tarixi tәcrübәsi sahәsindә aşkarlanması kimi şәrh edir. Digәr variantlarda hәyati başlanğıc varlığın әbәdi dәyişmәz prinsipi kimi nәzәrdәn keçirilirsә, bu variantda hәyatın fәrdi reallaşması formalarına, onun tәkrarolunmaz mәdәni-tarixi obrazlarına diqqәt yönәldilir. Bu zaman H.f. bütün mәnәvi vә mәdәni dәyәrlәrin hәyat vә tarix burulğanında әriyib getmәsi ilә bağlı olan relyativizmi dәf edә bilmir. H.f. üçün sәciyyәvi olan mexaniki tәbiyyatşünaslıqdan çıxışetmә bütövlükdә ruhi-mәnәvi hadisәlәrin tәbiyyat-elmi cәhәtdәn araşdırılmasına qarşı etiraz formasını alır ki, bu da ruhun xüsusi dәrkolunma metodlarını işlәyib hazırlama cәhdlәri ilә nәticәlәnir (hermenevtika vә Dilteydә a n l a y a n p s i x o l o g i y a konsepsiyası, Şpenqlerdә tarixin morfologiyası vә s.). H.f.-nin bu variantında üzvi vә mexaniki olanın antitezası mәdәniyyәt vә sivilizasiyanın qarşıdurması şәklindә ortaya çıxır. H.f.-nin özünәmәxsus panteist variantı hәyatın mahiyyәt etibarilә özünü fasilәsiz tәkrar törәtmә vә yeni formaların yaradıcılığı olan hansısa kosmik qüvvә, “hәyat istәyi” (A. Berqson) kimi şәrhi ilә bağlıdır; hәyatın substansiyası intuitiv dәrk olunan xalis “davamiyyәt”, dәyişkәnlikdir. H.f.-nin idrak nәzәriyyәsi intuitivizmin növlәrindәn biridir: hәyatın dinamikası, predmetin fәrdi tәbiәti ümumi anlayışlarla ifadә olunmur, bilavasitә görәbilmә aktı, intuisiya ilә dәrk olunur ki, bu da bәdii nüfuzetmә fitrәtinә oxşayır vә H.f.-ni alman romantizminin panteist konsepsiyalarının bәrpasına, yaradıcılıq vә düha kultunun dirçәlişinә gәtirib çıxarır. H.f. dünyaya fәlsәfi vә elmi yanaşmanın prinsipial fәrqini, uyuşmazlığını vurğulayır: elm dünyanı әlә keçirmәyә vә tabe etmәyә çalışır, fәlsәfәyә isә seyretmә mövqeyi xasdır vә bu onu incәsәnәtlә doğmalaşdırır. H.f.-nә görә, üzvi vә ruhi tamlıqların әn adekvat dәrketmә forması bәdii simvoldur. Bu mәnada H.f. İ.V.Götenin özünü canlı strukturun bütün elementlәrindә yenidәn canlandıran ilk obraz kimi prafenomen haqqında tәliminә әsaslanmağa çalışmışdır. A. Berqson hәr hansı fәlsәfi konsepsiyanı onun yaradıcısının mahiyyәt etibarilә ifadәolunmaz, müәllifin özü kimi bәnzәrsiz vә fәrdi olan başlıca dәruni intuisiyasının ifadәsi kimi nәzәrdәn keçirirdi. Yaradıcılıq H.f.-ndә mahiyyәtcә hәyatın sinonimi kimi çıxış edir; Berqson üçün o, yeninin doğulması, hәyatverici tәbiәtin bolluq vә zәnginliyinin ifadәsidir, G.Zimmel vә F.A.Stepun üçün faciәvi-ikili xarakter daşıyır: yaradıcılıq mәhsulu müәyyәn әtalәtli vә durğun bir şey kimi son nәticәdә yaradıcısına vә yaradıcı başlanğıca qarşı düşmәn münasibәtә girir. Zimmelin çılğın çarәsizlik intonasiyası da buradan yaranır vә Şpenqlerin fatalist pafosu ilә sәslәşәrәk, H.f.-nin dünyagörüşü köklәrinә – onun tale pafosuna, “alın yazısına sevgi”yә (F.Nitsşe), hәyatın irrasionalist axını ilә qaynayıb-qarışmaq düşüncәsinә gedib çıxır. H.f.-nin әsasında duran faciәvi motivlәr 19 әsrin sonları – 20 әsrin әvvәllәri incәsәnәti tәrәfindәn (xüsusilә simvolizm) әxz edilmişdir. H.f. 20 әsrin 1-ci rübündә әn böyük tәsir gücünә çatmış, neohegelçilikpraqmatizmin bir sıra nümayәndәlәri ona doğru meyillәnmişlәr. Sonrakı dövrdә H.f. öz yerini 20 әsrin digәr fәlsәfi cәrәyanlarına vermiş, onun bәzi prinsiplәri ekzistensializm, personalizmfәlsәfi antropologiya tәrәfindәn mәnimsәnilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 