HƏYAT FORMASI – növün hәyat tәrzi vә müәyyәn mühit şәraitinә adaptasiyasının sәciyyәvi xüsusiyyәtlәrini әks etdirәn morfoloji әlamәtlәrin mәcmusu. “Epimorfa”, “biomorfa”, “ekomorfa”, “ekobiomorfa”, “morfoloji tip” (forma), “morfoadaptasiya tipi” kimi anlayışlar “H.f.”-nın sinonimlәri sayıla bilәr. Müәyyәn yaşayış yeri tipinin xüsusiyyәtlәrini tәşkil edәn ekoloji amillәrkompleksi onda mәskunlaşan orqanizmlәrdәn analoji adaptasiyalar tәlәb edir vә bu da qohum olmayan növlәrin konvergent tәkamül nәticәsindә oxşar görünüşünün formalaşmasında tәzahür edir. “H.f.”-nı mühitin daha mühüm amillәrinin tam kompleksinin orqanizminә tәsiri ilә bağlı (әlaqәdar) taksonun (yaxud, ontogenez mәrhәlәsinin) daha ümumi xüsusiyyәti kimi hesab etmәk olar. Bu ümumbioloji anlayışdır; heyvan vә bitkilәrin H.f.-nın müәyyәn spesifikasına baxmayaraq botanikada vә zoologiyada onun izahında prinsipial fәrq yoxdur. Bir çox növlәrin, xüsusilә dә heyvanların ontogenez gedişindә H.f. kәskin dәyişir (mәs., metamorfozla inkişaf edәn imaqo vә cücülәrin sürfәlәri). İcma cücülәrin kastaları (o cümlәdәn, qarışqalar, termitlәr) bәzi polimorf növlәrin vә hәtta bir növә mәnsub olan, aydın cinsi dimorfizmlә sәciyyәlәnәn erkәk vә dişi fәrdlәr müstәqil H.f.-ya aid edilә bilәr. Bitkilәrdә H.f.-nın yaş dәyişikliyi daha az bilinir. Arealın müxtәlif hissәlәrindә eyni növün H. f.-nın dәyişmәsi onlar üçün adi haldır. Mәs., meşә zonasında, yaxud dağların meşә qurşağımda bir çox ağac bitkilәri (palıd, fıstıq, küknar, ardıc vә b.) hündürgövdәli ağaclardır, şm.-da vә arealın yüksәklik sәrhәdlәrindә isә kolluqlar vә sәrili kol bitkilәridir. Bitkilәrdә H.f.-nın plastikliyi sonsuz deyil vә hәr bir növ xarici mühitin tәsirlәrinә özünün irsәn möhkәmlәnmiş imkanları çәrçivәsindә reaksiya verir. H.f. orqanizmlәrin birbaşa qohumluq әlaqәlәrinin vacib olmadığı uyğunlaşma xüsusiyyәtlәrinin konvergent oxşarlığına әsaslanan ekoloji tәsnifat vahididir. Belә ki, müxtәlif fәsilәlәrdәn olan hәm iynәyarpaqlı, hәm dә çiçәkli bitkilәrә aid ağaclar da H.f.-na malikdir; lianalar üzümkimilәr, qabaqkimilәr fәsilәlәrinә aid dırmanan vә sarmaşan növlәrdir; kaktuslar vә südlәyәnlәr gövdәli sukkulentlәrdir. H.f.-nın tәsnifatı filogenetik yaxınlıq prinsiplәrinә әsaslanan sistematikaya alternativdir. Onun mәqsәdi hәr hansı iri taksonomik qrupa aid növün xarici görünüşünün müxtәlifliyini әsas quruluş tiplәrinin sonuncu sayı ilә eynilәşdirmәkdir. H.f.-nın bütün tәsnifatının sәciyyәvi xüsusiyyәti hәmçinin iyerarxiyanın müxtәlif sәviyyәlәrindә bölünmә meyarları seçiminin dәyişkәnliyi vә subyektivliyi ilә әlaqәdar onların iyrearxialığının şәrti olmasıdır. Müxtәlif bitki “formalarının” landşaftdakı rolunu ilk dәfә A.Humboldt qiymәtlәndirmişdir (19 әsrin әvvәllәri). O, onların görünüşündәki oxşarlığı nәzәrә alaraq bitkilәrin “әsas formalarını” ayırmışdır. 19–20 әsrlәrdә botaniklәrin digәr sistemlәri, o cümlәdәn A.Kernerin (Avstriya) “әsas formaları” vә A.Qrizebaxın “bitki formaları” meydana gәldi. “H.f.” termini bitki ekologiyasının banilәrindәn biri Y.Varminq tәrәfindәn elmә daxil edilmişdir (19 әsrin sonu). Bitkilәrin H.f.-nın K.Raunkiyer (20 әsrin әvvәllәri) tәsnifatı әn çox yayılmışdır. Onun tәklif etdiyi sistem әlverişsiz soyuq vә ya quraq dövrdә torpaq sәthi ilә bağlı tumurcuqların yenilәşmәsi vәziyyәti, yәni böyümәnin davam etmәsi vә dәyişkәn mühit şәraitindә fәrdin yaşamasının fasilәsizliyini tәmin etmәk üçün qabaqcadan tәyin olunmuş meristemlәrin mühafizәsi üsulunun başlıca meyar sayıldığı bir mühüm әlamәtә әsasәn qurulmuşdur. Tumurcuqları yenilәşәn çox hündür bitkilәri (ağaclar, kollar, oduncaqlı lianalar, epifitlәr) fanero fitlәrә; çox vaxt qar altında qışlayan hünd. 20–30 sm olan alçaqboylu çoxillik bitkilәr (kolcuqlar, yarımkolcuqlar, bәzi çoxillik otlar) xamefitlәrә; tumurcuqları qarla, tökülmüş yarpaqlarla vә döşәnәklә örtülü torpaq üstündә qışlayan çoxillik otlar (düzduran bütün yerüstü gövdәlәr ölüşkәyib quruyur) hemikriptofitlәrә; yerüstü hissәlәri vә tumurcuqları hәr il quruyan vә torpaqda qışlayan çoxillik otlar geofitlәrә; toxum halında әlverişsiz dövrә dözәnlәr terofitlәrә; su altında qışlayanlar hidrofitlәrә aid edilir. Raunkiyer tiplәri iri vә yığma kateqoriyalardır. Müәllif bunları müxtәlif әlamәtlәrә görә, xüsusilә fanerofitlәri ölçülәrinә (meqa-, meza-, nano-, mikrofanero fitlәr), tumurcuq örtüyünün xarakterinә, hәmişәyaşıllıq, yaxud yarpaq tökümü әlamәtlәrinә görә ayırmış, sukkulentlәri vә lianaları isә ayrıca bölüşdürmüşdür; hemikriptofitlәri vә geofitlәri ayırmaq üçün o, bitkilәrin “yay tumurcuqlarının” strukturundan vә yeraltı orqanların xarakterindәn istifadә etmişdir. O, öz sistemini bitkilәrin vә iqlimin H.f.-nın qarşılıqlı әlaqәsini aydınlaşdırmaq üçün tәtbiq etmişdir. Bu tәhlilin әsasında rütubәtli tropiklәrin iqlimi fanerofitlәr iqlimi, mülayim soyuq vilayәtlәrin iqlimi hemikriptofitlәr iqlimi, Aralıq dәnizi tipli sәhralarda hökm sürәn iqlim terofitlәr qrupunu iqlimi, tundra vә sәhra bitkiliyi әrazilәrindә fәal olan iqlimi isә xametofit iqlimi adlandırılmışdır. Qazıntı bitkilәrin analizi göstәrdi ki, bu qruplar tarixi aspektlәrdә dә eyni deyildir. Onların meydana gәlmәsi ardıcıllığı vә daha kütlәvi inkişafı müxtәlif geoloji dövrlәrdә iqlim şәraitinin dәyişmәsini әks etdirir. Tәbaşir dövründә maksimum inkişaf etmiş meqa vә mezofanerofitlәrin daha qәdim olduğu aşkara çıxdı. Paleogendә mikrofanerofitlәr vә lianalar, Neogendә, әsasәn, nanofa nerofitlәr vә hemikriptofitlәr inkişaf etmişdi. Ən cavan Hf. olan xamefitlәr, geofitlәr vә terofitlәr Dördüncü dövrdә geniş yayılmışdı. Bitkilәrin H.f.-nın daha tam vә müfәssәl sistemi rus botaniki İ.Q.Serbryakov tәrәfindәn işlәnib hazırlanmışdır (1962). Bu sistemin әsasını xarici şәraitin morfogenezә vә böyümәyә aydın tәsir göstәrәn bitkinin vә onun yerüstü skelet oxlarının mövcudolma (yaşama) müddәti tәşkil edir. Oxşar hәyat tәrzi keçirәn qohum olmayan heyvan növlәrinin morfoloji bәnzәrliyi faktlarının yaxşı mәlum olmasına baxmayaraq heyvanlara tәtbiq edilәn H.f. termini ilk dәfә 20 әsrin әvvәllәrindә istifadә edildi (mәs., qazıcı mәmәlilәr olan köstәbәk vә kenquru, atlanqaçlardan әrәbdovşanı vә kenquru, ağac mәmәlilәrindәn sincab, burunduk vә samur, Avropanın Avstraliyada yaşayan kisәlilәri vә plasentalıları). Müxtәlif heyvan qruplarının tәşkilinin çox mürәkkәb vә müxtәlifliyi ilә әlaqәdar olaraq H.f.-nın vahid tәsnifatını yaratmaq (bitkilәrdә olduğu kimi) görünür, praktiki nöqteyi-nәzәrdәn mәqsәdәuyğun deyil. Primitiv torpaq buğum ayaqlılarından mәmәlilәrә qәdәr olan müxtәlif heyvan qrupları üçün çoxlu sayda xüsusi H.f. sistemlәri işlәnib hazırlanmışdır; onlar müxtәlif meyarlara vә prinsiplәrә әsaslanırdı (hәrәkәtetmә, çoxalma, yem әldәetmә vә onun xarakteri, fәallıq dәrәcәsi, müәyyәn ekoloji sığınacağa, landşafta, bitki yarusuna, torpaq horizontuna uyğunlaşma vә i.a.) vә regional faunanın taksonomik tәrkibindәn müәyyәn dәrәcәdә asılı olmayan yaşayış mühitinin xüsusiyyәtlәri barәdә indikatorlar sistemi kimi fikir yürütmәyә imkan verirlәr. Mikrobiologiyada H.f. sistemi mәxsusi olaraq işlәnmәmişdir, lakin bakteriyaların әnәnәvi olaraq ayrılan morfoloji formaları (kokklar, çöplәr vә s.) mәhz ekomorfoloji qruplardır. Orqanizmlәrin genetik materialının oxşarlığı әsasında onların qohumluğunun analizi (genosistematika) mikroorqanizmlәrin iyerarxik sisteminә kökündәn baxılması vә birhüceyrәlilәrin әnәnәvi iri taksonlarının әksәriyyәtinin tәmiz ekoloji qrup olması vә onların bir başa qohumluqla bağlı olmadıqları ilә nәticәlәndi. Mikologiyada vә lixenologiyada H, f.-nın xüsusi tәsnifat formaları vardır. Bütün üzvi alәm üçün vahid H.f. sisteminin yaradılması cәhdlәri mәlumdur. Onlar formaәmәlәgәtirmә proseslәrindә, tәkamül vә adaptogenezin öyrәnilmәsi planında әhәmiyyәtlidir, lakin ayrılan H.f. qrupları çox böyük olduğundan onların praktiki tәtbiqi çәtinlәşir. H.f.-nın öyrәnilmәsi biologiyanın nәzәri vә tәcrübi mәsәlәlәrinin hәlli üçün zәruridir. Belә ki, orqanizmlәrin fәrdi vә tarixi inkişafı gedişindә H.f.-nın formalaşmasının müqayisәli morfogenetik tәdqiqi tәkamülün ümumi qanunlarını daha yaxşı anlamağa sәbәb olur. Paleontologiyada H.f. sistemlәri paleoiqlim yenidәnqurulmaları üçün әlverişli әsasdır. Biocoğrafiyada vә biosenologiyada H.f. spektrlәri müxtәlif landşaftların bitki vә heyvanlarını sәciyyәlәndirmәk üçün istifadә edilir. Mәdәni landşaft arda H.f.-nın öyrәnilmәsi tәsәrrüfat fәaliyyәtinin tәsiri altında onların dәyişilmәsinin aydınlaşdırılmasına sәbәb olur; bu da orqanizmlәrin introduksiyası işlәri, hәmçinin nadir növlәrin mühafizә tәdbirlәrinin işlәnib hazırlanması üçün vacibdir.










