Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HƏYAT SƏVİYYƏSİ
    HƏYAT SƏVİYYƏSİ – insanın, insan qrupu, yaxud hәr hansı bir birliyin fiziki, mental, sosial-mәdәni inkişafını müәyyәn edәn, әhalinin hәyat sәviyyәsinin vә onun obyektiv, subyektiv şәrtlәrinin mәcmu xarakteristikası. Ölkәnin, verilmiş әrazi әhalisinin H.s. hәm göstәricilәrin mәcmusunda, hәm dә kәmiyyәtcә qiymәtlәndirmәyә imkan vermәyәn digәr xüsusiyyәtlәrdә ifadә oluna bilir; o, iqtisadi, sosial, demoqrafik, ekoloji, tәbii-coğrafi, texnogen, siyasi, mәnәvi vә s. amillәrlә müәyyәn olunur. Başlıca amil әhalinin gәlirlәrini, hәmçinin qida mәhsullarının istehlakını, yaşayış şәraitini vә s. olan tәlәbatını özündә әks etdirәn әhalinin hәyat keyfiyyәtidir. İş şәraiti vә mәşğulluq sәviyyәsi, xidmәt sferasının, tәhsilin, sosial tәminatın inkişafı vә s. obyektiv, iş vә yaşayış şәraiti mәmnunluğu, ailәnin maddi-maliyyә vәziyyәti, ailәdә vә iş yerindә münasibәtlәr vә s. isә subyektiv amillәrә aiddir. H.s.-nin müasir konsepsiyası insan ilә әtraf mühitin qarşılıqlı tәsirinin bütün aspektlәrini әhatә edir, burada әmәk hәyatının sәviyyәsi (yәni, işçinin qabiliyyәtinin reallaşdırılması baxımından әmәyin – istehsalın, mәişәtin, istirahәtin tәşkilini vә şәraitini xarakterizә edәn xüsusiyyәtlәrin mәcmusu) xüsusi yer tutur. Uzun müddәt әksәr ölkәlәr әhalinin H.s. göstәricilәrinin BMT (1961) tәsnifatından istifadә etmişdir. BMT-nin tәsnifatı bütün ölkәlәri (yüksәk inkişaf etmiş, orta inkişaf etmiş, inkişaf etmәkdә olan vә az inkişaf etmiş) әhatә etdiyindәn burada qida mәhsullarının istehlakı 1-ci yerdә durur, daha sonra әhalinin sağlamlığı vә tәhsilin sәviyyәsi gәlir. BMT-nin Avropa İqtisadi Komissiyasının tәsnifatına görә, H.s. göstәricilәrinin 8 qrupu fәrqlәndirilir: sağlamlıq (1-ci yer), istehlak (2-ci yer), tәhsil (3-cü yer) vә s. H.s.-nin 1960-cı illәrin sonu – 70-ci illәrin әvvәllәrindә işlәnib hazırlanmış İsveç modelindә 1-ci yerdә әmәk vә onun şәraiti, insanın iqtisadi vә siyasi imkanları durur; onu hazırlayanlar H.s. konsepsiyasında müxtәlif hökumәtlәrin apardıqları sosial-iqtisadi siyasәtin әhalinin müxtәlif tәbәqәlәrinә tәsirini nәzәrә almağa çalışmışlar. Bu yanaşmalarda iqtisadi kәmiyyәt göstәricilәri üstün mövqe tuturdu. H.s. göstәricilәrinin әn mühümlәri ölkәlәrarası müqayisә aparmağa imkan verәn körpә yaşında ölüm, gözlәnilәn ömür müddәti, әhalinin qida rasionunun strukturunu әks etdirәn göstәricilәrdir. H.s.-ni xarakterizә edәrkәn İqtisadi әmәkdaşlıq vә inkişaf tәşkilatı (İƏİT) tәrәfindәn işlәnib hazırlanmış sosial göstәricilәr sistemi mühüm yer tutur. Bu sistem hәyati fәaliyyәtin 8 aspektini ehtiva edir: sağlamlıq, tәhsil vasitәsilә inkişaf, mәşğulluq vә әmәk hәyatının sәviyyәsi, asudә vaxt vә istirahәt, әmtәә vә xidmәtlәrin istehlakçı bazarının, әtraf mühitin vәziyyәti, şәxsi tәhlükәsizlik, sosial imkanlar vә sosial fәallıq. Bu әsas aspektlәr dә özündә onlarla müxtәlif sosial vә sosial-iqtisadi xarakteristikaları birlәşdirir. H.s.-nin müxtәlif tәrkib hissәlәrini kәmiyyәtcә qiymәtlәndirәn bütün göstәricilәri şәrti olaraq iki qrupa bölmәk olar. B i r i n c i qrupa adambaşına düşәn ÜDM, әhalinin xәstәlәnmә sәviyyәsi, ana ölümü әmsalı, sәhiyyәdә dövlәt xәrclәrinin payı, әlillәrin sayı, әhalinin 100 nәfәrinә düşәn qәzet vә digәr KİV növünün sayı, iş hәftәsinin müddәti, әhalinin hәr bir nәfәrinin istehlak etdiyi kkal-nin miqdarı vә s.; aşağı H.s.-ni әks etdirәn i k i n c i qrupa әn yoxsul ölkәlәrin әhalisinin hәyatında baş verәn dәyişikliklәrin tәhlili üçün әhәmiyyәt kәsb edәn göstәricilәr daxildir. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә H.s.-nin әn mühüm parametrlәri: ekoloji tәhlükәsizlik (әtraf mühitin, tәbiәtin rәngarәngliyinin, qida mәhsullarının tәmizliyinin qorunması) sәviyyәsi, әhalinin mәlumatlandırılması, yaşayış yerindәn asılı olmayaraq informasiyanın әlçatanlıq, mülki vә siyasi azadlıqların hәddi vә s. H.s.-nin indikatorlarından biri olan ailәnin sosial rifahı müasir cәmiyyәtdә müәyyәn dәrәcәdә rifaha çatdıqdan sonra o, daha çox әhalinin sosial-psixoloji vә mәnәvi-әxlaqi hәyatının aspektlәri ilә әlaqәlәndirilir. H.s.-ni tam xarakterizә etmәk üçün hәm obyektiv göstәricilәr, hәm dә subyektiv xarakterli qiymәtlәndirmәlәr (xüsusәn, yüksәk inkişaf etmiş ölkәlәrlә bağlı) әhәmiyyәtlidir. Hәr bir fәrd (individuum) üçün tәlәbatları ilә onların ödәnilmәsi imkanlarının uzlaşması çox mühümdür, odur ki, H.s. konsepsiyasında iş mәmnunluğu, peşә qabiliyyәtini inkişaf etdirmәk imkanı kimi xüsusiyyәtlәr mühüm yer tutur. Bu sәbәbdәn H.s. konsepsiyasında mәşğulluq yalnız gәlir mәnbәyi kimi deyil, eyni zamanda cәmiyyәt hәyatında iştirak, işsizlik isә sosial tәcrid kimi qiymәtlәndirilir. Müasir dünyada bir sıra inkişaf etmәkdә olan ölkәlәrdә lәyaqәtli H.s. problemi hәlә qalmaqdadır. Bunun hәlli istiqamәtindә beynәlxalq tәşkilatlar ilә yanaşı, inkişaf etmiş ölkәlәrin hökumәtlәri vә fondları da yardım göstәrir. Polietnik cәmiyyәtdә H.s.-nin yüksәldilmәsindә milli dilin vә etno mәdәni әnәnәlәrin qorunması böyük әhәmiyyәt daşıyır. Bu zaman etnik müxtәliflik bütövlükdә ölkәnin H.s.-nin başlıca xarakteristikası, onun qorunması isә sosial vә iqtisadi tәrәqqinin şәrti hesab olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 