HƏYATIN MƏNŞƏYİ – canlı tәbiәtin yaranma imkanlarının aydınlaşdırılması ilә bağlı olan, bu prosesin mәkan, zaman vә şәrait mәsәlәlәrini tәhlil edәn elmi problem. Yer üzәrindә H.m.-nin әsas müasir nәzәriyyәlәri (hipotezaları): biokimyәvi tәkamül nәzәriyyәsi (abiogenez) vә panspermiya nәzәriyyәsidir (kosmik cisimlәr, yaxud şüurlu varlıqlar tәrәfindәn hәyatın daşınması). Sonuncu, H.m. problemini hәll etmir, lakin yaranmanın potensial yerlәrinin sayını vә hәyatın әmәlә gәlmәsi üçün mümkün olan şәraitin müxtәlifliyini artırır. H.m. sadә üzvi maddәlәrin sintezi vә mürәkkәb üzvi birlәşmәlәrin әmәlә gәlmәsindәn başlayaraq biologiyadan әvvәlki sistemlәrin yaranması vә canlı varlıqların meydana gәlmәsinә qәdәr olan ardıcıl mәrhәlәlәrdәn ibarәtdir. İndi biologiyadan әvvәlki tәkamülün eksperiment yolu ilә tәsdiqlәnmiş bәzi mәrhәlәlәri barәdә ümumi anlayışlar işlәnib hazırlanmışdır. Biokimyәvi tәkamül nәzәriyyәsindә holobioz vә genobioz kimi iki әsas hipoteza ayırd edilir. Holobiozda adi maddәlәr mübadilәsi (fermentlәrin iştirakı ilә) qabiliyyәti olan strukturların ilkinliyi vә genetik sistemin ikinciliyi nәzәrdә tutulur. A.İ.Oparinin (1924) vә ingilis bioloqu C.S.Holdeynin (1929) zülal-koaservat nәzәriyyәsi kimi mәşhur olan bu fәrziyyәdә, ilkin okeanda karbohidratların yaranması vә zülalların meydana gәlmәsi makromolekulyar komplekslәr olan koaservatların aşkara çıxması mühakimә üçün әsas götürülür; bu komplekslәr hidrofob maddәlәrdәn әmәlә gәlmiş vә maddәlәr mübadilәsi qabiliyyәtini, böyümәni (xarici mühitdәn daxil olan monomerlәrin polimerlәşmәsi hesabına) vә çoxalmanı (sadә bölünmә yolu ilә) tәmin edәn әtraf mәhluldan ayrılmış vә katalizatorlarla tәchiz olunmuşdur. Mürәkkәb üzvi birlәşmәlәrin kimyәvi tәkamülü ehtimalı Amerika alimlәri Q.Yuri, S.Miller (1953) vә b. Tәrәfindәn eksperiment yolu ilә sübut edildi. Bu fәrziyyәnin zәif cәhәti әlamәtlәrin nәslә ötürülmәsi vә zülal strukturlarının tәkrar hasil edilmәsi mexanizminin olmaması, amin turşuların vә monosaxaridlәrin molekullarında assimetriyanın (xirallığın) aydınlaşdırılmasıdır. 1960 illәrin sonlarından molekulyar biologiya sahәsindәki kәşflәr әsasında genetik kodun xassәlәrinә malik sistemin ilkinliyi haqqında genobioz fәrziyyә formalaşırdı. Bu istiqamәt Amerika mikrobioloqu K.Vözenin (1968) irәli sürdüyü qәdim “RNT dünyası” ideyasını vә ingilis kimyaçısı L.Orgel, A.S.Spirin vә b.-nın inkişaf etdirdiyi bu mülahizәnin әsasında işlәnib hazırlanırdı. Hipotetik hüceyrәyә qәdәrki zülalsız hәyat forması, genetik informasiyaları saxlama vә kimyәvi reaksiyaların katalizi (ribozimlәr) funksiyasına malik RNT-nin öz-özündәn yenidәn törәyәn molekullar ansamblının müvәqqәti koloniyaları (nanokoloniyalar) hesab edilir. Müasir DNT-RNT zülallı hәyatın nanokoloniyalardan effektivliyә görә katalizatorların seçilmәsi yolu ilә әmәlә gәlmәsi ehtimal edilir. Şotlandiya kimyaçısı A.Q.Kerns-Smitin (1971) genogenez fәrziyyәsinә görә zülal sistemindә genin ilkinliyi qәbul edilir, RNT vә DNT molekulları strukturlarının vә xassәlәrinin formalaşması üçün matrisa kimi gilli mineralların qәfәsi ehtimal olunur. M. Eygen vә Avstriya kimyaçısı P.Şusterin (1973) hipertsikllәr hipotezasında öz-özünә törәnәn makromolekulların birlәşmәsi üsulu vә “nuklein turşusu-zülal “sistemi mәnşәyinin qarşılıqlı kataliz әsasında baş verdiyi tәsvir olunur. Rus virusoloqu A.D.Altşteynin (1987) oxşar progenlәr hipotezası genlәrin vә zülalların bir vaxtda әmәlә gәldiyini nәzәrdә tutulur; burada ilk canlı varlığa (protoviroid) dezok siribonukleotiddәn vә onun kodlaşdırdığı fermentlәrdәn (dinukleotidlә ami nasil nukleotiddәn әmәlәgәlәn, polinukleotid vә polipeptid zәncirlәrinin sinxron sintezini tәmin edә bilәn hipotetik progenlәrdәn yaranan) ibarәt öz-özünә replikasiya edәn bir sistem kimi baxılır. Ulduzlararası, ulduzlarayaxın vә kometa maddәsinin qaz fazasında 120-dәn artıq üzvi birlәşmә aşkar edilmişdir. Üzvi maddәlәrin kimyәvi tәkamülü yüksәk xarici enerjnin tәsiri altında (mәs., UB-şüalanma) avtokataliz rejimindә getmişdir. Buna әsaslanaraq V.N.Parmon (2002) vә b. tәrәfindәn H.m.-ni protoplanet mәrhәlәsindә maddәlәrin öz-özünә әmәlә gәlmәsi prosesi hesab edәn astrokataliz hipotezası işlәnib hazırlanır; buna әsasәn protoplanet disklәri şәraitindә abiogen sintez nukleotidlәr, karbohidrogenlәr, lipidlәr, zülallar daxil olmaqla yüksәkmolekullu üzvi birlәşmәlәrin yaranması ilә nәticәlәnmişdir; planetlәrin formalaşmaqda olan ilkin halında qәdim “RNT dünyası”na keçid baş vermişdir. Qәdim “RNT dünyası” üçün әtraf mәhluldan nanokoloniyaların ayrılma zәrurәti onların rütubәtli bәrk strukturlar üzәrindә formalaşmasını ehtimal edir. Molekulyar nanokoloniyaların yaranması vә artması üçün mühit tәrkibindә zәruri ölçülü mәsamәlәri olan vә özündә RNT sintezi substratları toplamaq qabiliyyәtinә malik, olan, böyük sorbsiya vә ion mübadilәli tutumu ilә fәrqlәnәn hidrofil gilli mineral – montmorlillonit dә ola bilәrdi. Bu mineral, hәmçinin Yer üzәrindә geniş yayılmış meteoritlәrin tәrkibindә vә Marsda aşkar edilmişdir. Hüceyrә membranı olmayanda belә mühit mineralın aşınması zamanı çoxala bilәn, qarışıq molekulyar koloniya tәşkil edәn RNT-nin müxtәlif növlәrinin birgә irsәn keçmәsinә imkan verirdi. Qәdim “RNT dünyası”nın mövcudluğu sәth temp-unun 30ºC-yә yaxın, maye suyun vә montmorillonit tipli hidrosilikatların olmasını tәlәb edirdi. Görünür ki, erkәn Yer kürәsindә 4–3,9 mlrd. il әvvәl sonuncu ağır meteorit bombardmanının (bütün suyu sәthә çıxaran) bitmәsi ilә hüceyrә hәyatının әmәlә gәlmәsi arasında tәqr. 100 mln. ilә kimi sürәn kifayәt qәdәr qısa vaxt intervalında belә şәrait vardı; bunun izlәri 3,85 mlrd. il әvvәl qazıntı salnamәsindә qeyd edilmişdir. Bu şәrait qәdim “RNT dünyası”nın Yerdәnkәnar mövcudluğunu vә Yer kürәsindә hәyatın artıq hüceyrә vә hüceyrәdәnәvvәl formada meydana gәlmәsini ehtimal etmәyә imkan verir. Qәdim “RNT dünyası”nın mövcudluq şәraiti karbonlu xondritlәrin valideyn cisimlәrindә, hәmçinin, nәhәng planetlәrin yarandığı Günәş sisteminin xarici hissәsindәki planetezimallarda reallaşa bilәrdi. Çoxfunksiyalı RNT-nin (ribositlәr, yaxud protohüceyrәlәr) hipotetik stabil formalı nanokoloniyaları primitiv örtüyün formalaşması üçün hidrofob maddәlәr sintez vә ya adsorbsiya edә bilәrdi. Qәdim “Viruslar dünysı“ ideyasını irәli sürәn rus bioloqu E.V.Kunin hәmmüәlliflәrlә birlikdә (2006) belә fәrz edirlәr ki, RNT-genomla ribositlәr mәrhәlәsindә onlarda RNT–viruslar meydana gәlmişdir. RNT matrisası üzәrindә DNT sintez etmәyә başlayan DNT-viruslar bunların әsasında yaranmışlar. Protohüceyrәlәrin DNT-viruslarla yoluxması nәticәsindә DNT-genomlu vә membranlı hüceyrәlәr (prokariotlar) yaranmışdır. Y.V.Natoçin (2005) tәrәfindәn inkişaf etdirilәn tәsәvvürlәrә görә ilk hüceyrәlәr kalium vә maqnezium duzlarının üstünlük tәşkil etdiyi dayazsulu hövzәlәrdә әmәlә gәlmişdir. Sonradan bu hüceyrәlәrin Natrium duzlarının üstünlük tәşkil etdiyi xarici su mühitinә adaptasiyası baş vermişdir. Tәkamülün bu mәrhәlәsi hüceyrә sitoplazmasının ion assimmetriyasını xarici mühitә nisbәtәn tәmin edә bilәn plazmatik membranların әmәlә gәlmәsini tәlәb edir. H. m.-nin yerdәnkәnar hipotezası meteoritlәrdәki mikroorqanizm qalıqlarından (yaşı 4,5 mlrd. il olan karbonlu xondritlәr) ibarәt olan tapıntılarla tәsdiqlәnir. Mürәkkәb üzvi birlәşmәlәrin (Amerika alimi C.Oro, 1961), yaxud canlı orqanizmlәrin anabioz halında, kometalardakı buzlu nüvәlәrә daşınmasının mümkünlüyü ideyası panspermiya nәzәriyyәsi çәrçivәsindә tәhlil edilir. Q.A.Zavarzinin (2001) ideyasına әsasәn, Yerdә hәyat molekulyar karbonu enerji kimi istifadә edәn produsent-avtotrofların daxil olduğu ilkin ekosistem şәklindә birdәn yaranmışdır. Hәyatın әmәlә gәlmәsindәn qabaq tәqr. 4 mlrd. il әvvәl (A.Y. Rozanov, 2003) onun Yerdә mövcud olması üçün әllverişli fiziki-kimyәvi şәrait formalaşırdı.










