Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HƏYATIN TƏMİNİ SİSTEMİ
    HƏYATIN TƏMİNİ SİSTEMİ – dәrin sularda işlәyәn aparatda, pilotla idarәolunan kosmik aparatda, başqa planetdәki bazada, skafandrda vә s. insanın hәyat fәaliyyәtini vә iş qabiliyyәtini tәmin edәn funksional әlaqәli sistem vә vasitәlәr kompleksi. H.t.s. qapalı sahәdә (mәs., kosmik aparatın yaşayış bölmәsindә) qaz mühitinin verilmiş kimyәvi tәrkibi vә fiziki parametrlәrini (tәzyiq, temp-r, nәmlik vә s.) saxlayır, insanın qida vә suya olan tәlәbatını ödәyir, sanitar-mәişәt şәraiti vә s. tәmin edir. H.t.s. qaz tәrkibinin tәminatı, su tәminatı, sanitar-gigiyenik tәminat vә qida tәminatı vasitәlәrinә ayrılır. Q a z t ә r k i b i n i n t ә m i n a t ı vasitәlәri yaşayış bölmәsindәki qaz mühitinin lazımi kimyәvi vә mikrobioloji tәrkibini yaradan, qaz komponentlәrinin vә mikrobioloji mühitin ümumi tәzyiqini verilmiş sәviyyәdә saxlayan, yaşayış mühitindә qaz vә mikrobioloji komponentlәrin tәrkibinә nәzarәt vә insanın tәnәffüsü üçün lazım olan qaz tәrkibini tәmin edәn texnoloji proseslәrin idarәsi üçün sistem vә aqreqatlar toplusudur. S u t ә m i n a t ı vasitәlәri insanı vә kosmik sistemi, yaxud suyun dәrinliyindәki aparatı verilmiş hәcmdә vә tәlәb olunan keyfiyyәtdә su ilә tәmin edәn vasitәlәr kompleksidir. S a n i t a r - g i g i y e n i k t ә m i n a t vasitәlәri kosmosdakı vә ya suyun dәrinliyindәki aparatın ekipajını münasib sanitar-mәişәt şәraiti ilә (o cümlәdәn, şәxsi gigiyena prosedurlarının yerinә yetirilmәsi üçün) tәmin edәn funksional әlaqәli sanitar-texniki vә gigiyenik vasitәlәr vә tәdbirlәr yığımıdır. Q i d a t ә m i n a t ı vasitәlәri ekipajın fizioloji normalara, iş vә istirahәt rejiminin xüsusiyyәtlәrinә uyğun qidalanmasını tәmin edәn tәdbirlәr, vasitәlәr vә qida mәhsulları (qablaşdırılmış qidaların) toplusudur. Ekipaj üçün optimal şәrait yaratmaqla yanaşı H.t.s. yüksәk etibarlılığa malik olmalı vә amillәrin tәsiri zamanı, mәs., kosmik uçuş (qәza halları daxil olmaqla) zamanı davamlı işlәmәli, az enerji sәrf etmәli vә minimal start kütlәli vә ölçülü olmalıdır. Uçuş proqramından asılı olaraq kosmik aparatların H.t.s.-nin açıq, qismәn qapalı, qapalı növlәri var. A ç ı q sistemlәrdә oksigen, qida, su ehtiyatı olur; hәyat fәaliyyәtinin bәrk vә maye tullantıları xüsusi tutum içәrisinә toplanır, qaz mәhsulları isә süzgәclәrә hopur. Q i s m ә n q a p a l ı sistemlәrdә su regenerasiya edilir; oksigeni suyun elektrolizindәn vә ya karbon qazını parçalamaqla alırlar (qalan amillәr açıq sistemdәki kimidir). Q a p a l ı sistemlәrdә kosmik gәminin kiçik qapalı hәcmlәrindә әsas element vә maddәlәr dövran etmәklә qida mәhsulları yenidәn hasil olunur, suregenerasiya edilir, suyun fotosintezi vә elektrolizi әsasında oksigen alınır, insanın vә biokompleksin (kosmonavtlarla birlikdә gәmidә olan bitkilәr, heyvanlar, mikroorqanizmlәr) hәyat fәaliyyәtinin tullantıları utilizasiya olunur. Kosmik fәzada vә ya başqa planetlәrdә (mәs., Ayda) yaşayış müddәtini artırmaq (2–3 ildәn artıq) üçün kosmik gәmilәrdә vә ya planet st.-larında Yerdәki, onun biosferindәki hәyat diapazonunun optimal göstәricilәrinә yaxın süni yaşayış mühitinin yaradılması tәlәb olunur. Bu hәm hava mühitinә – gәminin süni atm.-nә, hәm dә qidalanma, insan orqanizminin su balansı, onun psixoloji rahatlığı üçün zәruri olan mühit elementlәrinә aiddir. Başqa planetlәr dә istehsal bazası inkişaf etdirilәrkәn H.t.s. yerli oksigen vә su tәrkibli suxurlardan istifadә nәzәrdә tutulmaqla qurulmalıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 