Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HƏZARƏLƏR
    HƏZARƏLƏR (far.  – min nәfәrdәn ibarәt qoşun növü) – Əfqanıstanda yaşayan irandilli xalq. Orta Əfqanıstan d-rının ş.-indә, әsasәn, Sәri-Pol, Qur, Bamian, Daykundi, Uruzqan, Qәznә vil.-lәrindә (Hәzarәcat, yaxud Hәzarıstan tarixi vil.) yaşayırlar. Sayları 2,5 mln.-dan 6,5 mln. nәfәrәdәkdir (2015; Əfqanıstanda sayca 3-cü qrupdur). İran dillәrinin c.-q. yarımqrupuna daxil olan hәzarә dilindә (tәrkibindә monqol dillәrindәn bir çox alınma söz var) danışırlar; dәri dili dә yayılmışdır. H.-in tәqr. 0,5 mln. nәfәri İranda, tәqr. 0,2 mln. nәfәri Pakistanın c.-q.-indә (Bәlucistanda) yaşayır. Əfqanıstanın şm.- q.-indә (Badgis vil. vә Herat vil.-nin ş.-i) çaharaymaklılar arasında yaşayan qrupda H. adlandırılır. Dindarları müsәlmandır. H. 13–15 әsrlәrdә yerli әhali ilә qaynayıb-qarışmış Orta Asiyadan gәlmәlәrin (ehtimal ki, Çingiz xan vә onun xәlәflәri tәrәfindәn burada yerlәşdirilmiş hәrbi mәskunların) nәsillәridir. Monqol (oyratlar, naymanlar, bahrinlәr, barlaslar, merketlәr, onqutlar vә s.) vә türk (qıpçaqlar, karlular, qazaxlar, qırğızlar, türkmәnlәr, uyğurlar vә s.) mәnşәli tayfalara bölünürlәr. Mәnbәlәrdә 16 әsrdәn qeyd edilirlәr. 19 әsrәdәk monqol dilindә danışmışlar. Hәzarәcat 19 әsrin sonunadәk, Əbdürrәhman tәrәfindәn fәth olunanadәk tәcrid vәziyyәtini saxlamışdır. Hәmin vaxt baş verәn üsyanlar yatırılmış, H. kütlәvi repressiyalara vә köçürülmәyә mәruz qalmışlar; onların çoxu Pakistana qaçmışdır. H.-in üsyanları 20 әsrdә dә davam etmişdir. 1933 ildә H.-dәn olan Əbdülxaliq adlı bir tәlәbә Əfqanıstan hakimi Mәhәmmәd Nadir şahı qәtlә yetirmişdir. 1970-ci illәrdәn H.-in dünyәvi vә dini tәmayüllü (İranpәrәst) milli partiyaları meydana gәlmәyә başlamışdır. 20 әsrin sonunda taliblәr tәrәfindәn kütlәvi qırğına mәruz qalmışlar. Ənәnәvi mәşğuliyyәtlәri suvarma әkinçiliyidir; şm.-da köçәbә maldarlıq üstünlük tәşkil edir. Kaftan, şalvar, qış üçün damalı örtüyün (şoli) hazırlandığı mahud (barak) istehsalı inkişaf etmişdir. Yaşayış mәskәnlәri künclәrindә bürclәr olan möhkәm qalalardır; Evlәri divara bitişik tikilir, hәyәt evin ortasında olur. Xanların vә ya mәliklәrin başçılıq etdiyi tayfalar mövcud idi. Qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәr (xanvar) saxlanılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 