Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HƏZARFƏN Hüseyn әfәndi
    HƏZARFƏN Hüseyn әfәndi [?, Yunanıstan, İstanköy a. (indiki Kos a.) – 1691] – Osmanlı tarixçisi, ensiklopedist alim. Tәhsilini İstanbulda tamamlamış, sarayda xidmәt edәrkәn IV Mehmedin [1648–87] tarix müәllimi olmuşdur. Bir müddәt Divani-Hümayunda tәrcümәçi işlәmiş, daha sonra saraydan uzaqlaşaraq hәyatını elmә hәsr etmişdir. Yunan vә latın dillәrinә yiyәlәndiyindәn Qәrb mәnbәlәrini araşdırmış, yunan, Roma vә Bizans tarixinә dair әsәrlәr yazmışdır. İstanbula sәfәr edәn D. Kantemir, F. Peti de la Krua, A. Qallan vә b. şәrq şünaslarla görüşmüşdür. H. Katib Çәlәbidәn sonra Avropa mәnbәlәrini araşdırmış ikinci Osmanlı müәllifidir. Başlıca әsәri olan 13 fәsildәn ibarәt “Tәlxisül-bәyan fi qәvanini-ali-Osman” әsәrindә Osmanlı dövlәtinin meydana gәlmәsi, İstanbul ş.-nin tarixi, Divani-Hümayun toplantıları, xәzinәnin gәlir vә çıxarları, yeniçәrilәr, Osmanlı saray hәyatı, Krım xanları vә s. barәdә geniş mәlumatlar ehtiva olunur. O, I Sәlimin [1512–20] hakimiyyәt illәrini ideal dövr kimi qiymәtlәndirir. Əsәrin Türkiyә xaricindә 4 nüsxәsi var. IV Mehmedә dәrs deyәrkәn yazdığı, müxtәsәr dünya tarixi olan “Tәnqih tәvarixil-müluk” әsәrindә yunan, Roma vә Bizans, Sasanilәr, erkәn islam dövrü, Əmәvilәr, Abbasilәr, Fatimilәr, Osmanlılar, Uzaq Şәrq haqqında qısa tarixi vә coğrafi mәlumatlar yer alır. Bu әsәrin Türkiyәdә vә Türkiyә xaricindәki kitabxanalarda çox sayda әlyazma nüsxәsi var. “Lisanül-әtibba fi lüğәtil-әdviyә” adlı türkcә-әrәbcә, әrәbcә-türkcә tibb terminlәri lüğәtinin, hind, fars vә türk dillәrindә “Tәrcümeyi-luğati-hindi”nin, müsәlman dövlәtlәrindәn vә mәşhur hökmdarlardan bәhs edәn 32 fәsillik “Tәlxisül-bәyan fi tәxlisil-büldan”ın vә s. әsәrlәrin müәllifidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 