HƏZƏRXANOV Ənvәr Tapdıq oğlu (d.29.5.1974, Sumqayıt) – aviasiya sahәsindә Azәrb. alimi, texnika e.d. (2013), prof. (2017). Azәrb. Texniki Un-tini bitirmişdir (1996). 1998 ildәn Milli Aviasiya Akad.-nın (MAA) Aviasiya ETİ-dә işlәmәyә başlamışdır. 2000 ildәn MAA-da elmi pedaqoji fәaliyyәt göstәrir, 2001 ildәn rektor kömәkçisi, 2016 ildәn rejim vә tәrbiyә işlәri üzrә prorektordur. Elmi işlәri yerüstü komplekslәr, buraxılış avadanlıqları, uçuş aparatları (UA) vә onların sistemlәrinin istismarı, kiçik ölçülü pilotsuz UA-nın idarә edilmә xüsusiyyәtlәri vә s. sahәsindәdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Azәrb. Kosiki Karate-do federasiyasının vitse-prezidentidir.
Ə s ә r i: Avtomatik optimallaşdırma sisteminin modellәşdirilmәsi. B., 2015.










