Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HƏZM
    HƏZM – heyvanlarda vә insanda qidanın sorulmaya vә maddәlәr mübadilәsindә iştirak etmәyә yararlı komponentlәrә parçalanmasını tәmin edәn proseslәr mәcmusu; H.-ә qidanın qabaqcadan mexaniki xırdalanması (bir qism heyvanlarda) vә әsasәn, hidrolitik fermentlәrin (bax Hәzm fermentlәri) qidanın tәrkibindәki üzvi maddәlәrin molekullarına tәsiri daxildir. Zülalların parçalanmasının әsas son mәhsulları aminturşuları, yağlarınkı monoqliseridlәr vә yağ turşuları, karbohidratlarınkı monosaxaridlәrdir; onlar bağırsaqların divarından qana sorulur vә metabolik proseslәrә qoşulur. Tәkamülün gedişindә üç әsas H. tipi formalaşmışdır. H ü c e y r ә d a x i l i H.-dә hüceyrәyә daxil olan qida substratı sitoplazmada, yaxud lizosomlarda, hәmçinin hәmişә mövcud olan vә ya pinositoz, yaxud faqositozun gedişindә yaranan ixtisaslaşmış hüceyrәdaxili boşluqlarda – qida vakuollarında fermentlәrlә hidroliz olunur. H.-in әsas mexanizmi olan belә tip bütün birhüceyrәlilәrdә vә bәzi çoxhüceyrәlilәrdә, mәs., süngәrlәrdә yayılmışdır. H ü c e y r ә d ә n k ә n a r, yaxud distant H.-dә hüceyrәlәrdә sintez olunan fermentlәr xarici mühitә ifraz olunur vә bәzәn onları ifraz edәn hüceyrәlәrdәn (mәs., bәzi cücülәr qida fermentlәrini hәrәkәtsiz qәnimәtlәrinә daxil edir, bakteriyalar isә onları әtraf mühitә ifraz edir) xeyli aralı qidanın üzvi molekullarının hidrolizi hәyata keçirilir. Bu cür H. tipi bağırsaqboşluqlularda, daraqlılarda, bir sıra halqavi qurdlarda, xәrçәngkimilәrdә, cücülәrdә, başıayaqlı molyusklarda, tunikalılarda vә xordalılarda (neştәrçәdәn başqa) müşahidә olunur. Çoxhüceyrәlilәrdә hüceyrәdәnkәnar H., hәzm sisteminin xüsusi boşluqlarında (boşluq H.-i) baş verir. M e m b r a n, yaxud divaryanı H. bağırsaq hüceyrәlәri membranlarının strukturlarında yerlәşәn fermentlәr vasitәsilә hәyata keçirilir. Bu zaman nәinki H. hәtta sorulmanın ilk mәrhәlәlәri tәmin olunur. Membran H.-i bir çox onurğasızlara (cücülәrә, xәrçәngkimilәrә, molyusklara, qurdlara) vә bütün onurğalılara xasdır. Orqanizmlәrin әksәriyyәtindә H.-in 3 әsas tipinin hamısı özünü biruzә verir; bu da H. Sisteminin optimal effektli vә qәnaәtli işini tәmin edir. Mәmәlilәrdә vә insanda postnatal dövrdә südlә qidalanma zamanı hüceyrәdaxili H. vә membran H.-i tiplәri әsasdır; boşluq H.-i qarışıq qidalanmaya keçәrkәn hәzm vәzilәrinin sekretor fәaliyyәtinin güclәnmәsi ilә әlaqәdar olaraq, tәdricәn inkişaf edir. Heyvanların bәzi qruplarında (bağırsaq parazitlәrindә) yalnız membran H.-i inkişaf etmişdir, eyni zamanda boşluq H.-i kimi reduksiyaya uğramışdır. H.-dә orqanizmin öz (xüsusi) fermentlәri ilә yanaşı, bağırsaq mikroorqanizmlәri fermentlәri (simbiont H.; mәs., gövşәyәn heyvanlarda), yaxud qidanın tәrkibindәki fermentlәr (autolitik H., mәs., ana südündәki qida maddәlәri tәrkibindә olan fermentlәrlә) hәzm edilir. Heyvanların әksәriyyәtindә qida hәzm sistemi orqanlarındakı boşluqla hәrәkәt etdikcә (hәrәkәtә onun divarlarının peristaltikası sәbәb olur) tәdricәn hәzm olunur. Qida maddәlәrinin turş mühitdә ilkin parçalanması, onların sonrakı hidrolizi, neytral vә zәif qәlәvi mühitdә parçalanma mәhsullarının sorulması daha geniş yayılmışdır. Bu, hәzm vakuollarında әvvәlcә turş, sonra isә zәif qәlәvi reaksiyanın saxlandığı birhüceyrәli orqanizmlәrә dә xasdır. Onurğalıların әksәriyyәti vә insan üçün mәdә vәzilәrinin xlorid turşusu vә turş mühitdә aktiv olan proteolitik fermentlәr ifraz etmәsi sәciyyәvidir (bax Mәdә şirәsi). Onurğalıların mәdәsindә başlıca olaraq qida zülallarının turş denaturasiyası vә onların hidrolizinin ilkin mәrhәlәsi gedir. Gövşәyәnlәrin mәdәsindә qidanın dәyişmәsi bakteriyaların vә ibtidailәrin fәaliyyәtinin tәsiri altında baş verir. H.-in sonrakı mәrhәlәlәri bir qayda olaraq neytral vә ya zәif qәlәvi mühitdә keçir. Fermentativ hidroliz vә sorulma proseslәri onurğalıların nazik bağırsağında daha (onurğasızlar da orta bağırsaqda vә onun törәmәlәrindә) intensivdir. Nazik bağırsaqda qida maddәlәrinin parçalanması mәdәaltı vәzinin ifraz etdiyi fermentlәrin tәsiri altında baş verir. Tripsin, ximotripsin, elastaza vә b.-nın tәsiri altında aşağımolekullu peptidlәr vә az miqdarda aminturşuları әmәlә gәlir. Karbohidratlar (nişasta vә qlikogen) α-amilaza ilә tri- vә disaxaridlәrә qәdәr hidroliz olunur. Yağlar lipazanın tәsiri altında di- vә monoqliseridlәrәdәk, hәmçinin sәrbәst yağ turşularına vә qliserinә qәdәr parçalanır. Bu zaman yağların emulqasiyasında, pankreatik lipazanın aktivasiyasında iştirak edәn vә yağ turşularının sorulmasına sәbәb olan öd turşularının duzları böyük rol oynayır. Nazik bağırsaqda H.-in yekun mәrhәlәsi xüsusi bağırsaq fermentlәrinin (γ-amilaza, maltaza, saxaraza, laktaza, müxtәlifdi-, tri-vә tetrapeptidazaların vә b.) kömәyi ilә hәyata keçirilir. Bağırsaq divarlarında adsorbsiya olunmuş fermentlәr hesabına baş verәn membran H.-i son mәhsulların bilavasitә sorulması ilә müşayiәt edilir. Yoğun bağırsaqda H. bir qayda olaraq yoxdur. Lakin bir sıra heyvanların (gәmricilәr, atlar) kor bağırsağında bu proses baş verir. Bundan başqa yoğun bağırsaqda mәskunlaşan mikrobiota karbohidratların (sellülozanın) qıcqırmasına vә zülalların çürümәsinә sәbәb olur; nәticәdә üzvi turşular, qazlar (CO2, CH4, SH2), zәhәrli birlәşmәlәr olan fenol, indol vә b. әmәlә gәlir. Yoğun bağırsaqda ximusda qalan suyun (95%-әdәk), hәmçinin bağırsaq mikro-biotasının hasil etdiyi elektrolitlәrin, qlükozanın, bәzi vitaminlәrin vә aminturşuların intensiv sorulması yoğun bağırsaqda baş verir. Bağırsaq möhtәviyyatının hәrәkәti vә bәrkimәsi nәticәsindә toplanan nәcis formalaşır, onun toplanması defekasiya aktına sәbәb olur. Qidanın tәrkibi ilә hәzm fermentlәrinin arasında әlaqә müәyyәn olunmuşdur: yırtıcılarda proteolitik fermentlәr, bitkiyeyәn heyvanlarda qlikozidlәrdә, oliqo-polisaxaridlәrdә, hәmçinin karbohidrat tәrkibli birlәşmәlәrdә O-qlikozid rabitәsinin hidrolitik parçalanmasını kataliz edәn fermentlәr üstünlük tәşkil edir. H. orqanlarının fәaliyyәtinә vegetativ sinir sistemi vә hormonlar nәzarәt edir. Parasimpatik sinir sistemi hәzm sisteminin hәrәki funksiyasını stimulә edir, simpatik sinir sistemi isә onu lәngidir. Müxtәlif hormonlar (әsasәn, hipofizin ön payının, böyrәküstü vәzilәrin qabığının vә bağırsağın ixtisaslaşmış endokrin hüceyrәlәrinin hormonları) hәzm fermentlәrinin sintezinә, onların sekresiyasına, bağırsaq hüceyrәlәri mikroxovlarının lipoprotein kompleksinә daşınması vә daxil olmasına, sorulma prosesinә vә bağırsağın motorikasına tәsir göstәrir. Qidanın növü, hәzmolunma müddәti vә hәzm sistemi orqanlarında onun hәrәkәt sürәti arasında әsasәn reflektor vә qismәn yerli tәnzimlәmәnin kömәyi ilә hәyata keçirilәn asılılıq mövcuddur. H.-ә nәzarәtdә hәzm sistemi orqanlarında yerlәşmiş reseptorlardan daxil olan siqnallar iştirak edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN