Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HƏZM SİSTEMİ 
    HƏZM SİSTEMİ – çoxhüceyrәli heyvanlarda vә insanda hәzm orqanları mәcmusu. Heyvanların әksәriyyәtindә H.s. xarici mühitlә әlaqә saxlayan iki dәliyi olan borudur: ağız – qida qәbul etmәk üçün vә anal dәlik – hәzm olunmayan qida qalığını kәnar etmәk üçün. Formaca ibtidai olan çox hüceyrәli heyvanlarda hәzm funksiyasını ayrı-ayrı hüceyrәlәr yerinә yetirir (süngәrlәrdә – xoanositlәr vә pinakositlәr, bağırsaqsız kirpikli qurdlarda – parenxima hüceyrәlәri). H.s. ilk olaraq bağırsaqboşluqlularda әmәlә gәlmişdir. Onlarda H.s. entoderma ilә örtülmüş vә xaricә ancaq ağız dәliyi ilә açılan qastral boşluqla tәmsil olunur; bәzi qrup heyvanlarda o, mәrkәzi hissәyә – “mәdәyә” vә periferik kameraya vә ya kanala bölünür vә qastrovaskulyar sistem adlanır. Mәrcan poliplәrindә vә daraqlılarda ağız boşluğunun kәnarı daxilә qatlanır; bununla ektodermal mәnşәli udlaq әmәlә gәlir. Yastı qurdlarda H.s. ektodermal udlaqdan vә qapalı entodermal orta bağırsaqdan ibarәtdir. Nemertinlәrdә vә ilk bәdәnboşluqlu qurdlarda ektodermadan anal dәliklә qurtaran arxa bağırsaq әmәlә gәlir. Molyusklarda udlaq qәrni çәnәlәr vә qaşovla tәchiz edilmişdir; qida borusu, mәdә, nazik vә arxa bağırsaq ayrıdır, hәzmdә x ü s u s i (ixtisaslaşmış) vәzilәr iştirak edir: ağız suyu vәzilәrinin axacaqları udlağa, böyük hәzm vәzilәrinin – qara ciyәrin (hәmçinin qılıncquyruqlularda, xәrçәngkimilәrdә vә hörümçәkkimilәrdә var) axacağı mәdәyә açılır. Hörümçәkkimilәrdә, çox ayaqlılarda vә cücülәrdә ifrazat orqanları – malpigi boruları bağırsağa açılır. Poqanoforlar vә onurğasızların bәzi parazit formaları (lentşәkilli qurdlar, tikanbaşlılar) tәkamül prosesindә H.s.-nı itirmişdir. Onurğalılarda vә insanda H.s. ağız boşluğu, udlaq, qida borusu, mәdә, bağırsaq vә vәzilәr sistemi (quruda yaşayan onurğalılar üçün ağız suyu vәzilәri, qara ciyәr, mәdәaltı vәzi xarakterikdir) ilә tәmsil olunur. Qәlsәmә ilә tәnәffüs edәn onurğalıların udlağı qәlsәmә yarıqları ilә dәlinmişdir vә tәkcә qidanı ağız boşluğundan qida borusuna ötürmәk üçün deyil, hәm dә tәnәffüs üçündür. Onurğalıların әksәriyyәtindә mәdә sadә olur, bәzi balıqlarda, quşlarda, gövşәyәn mәmәlilәrdә, balinakimilәrdә mәdә bir neçә şöbәdәn ibarәtdir. Onurğalıların çoxunda bağırsaq morfoloji vә funksional cәhәtdәn fәrqlәnәn bir neçә şöbәyә (o cümlәdәn nazik bağırsaq, yoğun bağırsaq, korbağırsaq, düz bağırsaq) bölünür. İlan balıqlarında vә bәzi balıqlarda orta bağırsaqda qısa olan, bağırsağın sorucu sәthini böyüdәn selikli qişa büküşlәri (40-a qәdәr d ö n m ә әmәlә gәtirir) – spiral klapan yerlәşir. Bundan başqa müxtәlif onurğalılarda bağırsaqla bәzi vәzili orqanlar (bir çox balıqların pilorik törәmәlәri, akulaların rektal vәzilәri vә s.) әlaqәdardır. Onurğalı heyvanların arxa bağırsağına kloaka әmәlә gәtirmәklә sidik kanalı, cinsiyyәt axacağı (toxum borusu, yaxud balalıq yolu) açıla bilәr. Onurğalılarda H.s.-nin müxtәlif şöbәlәri daxili sekresiya vәzilәri, ifrazat orqanları, maddәlәr mübadilәsinin nizamlayıcısı, qidalı maddәlәrin, duzların, suyun deposu kimi fәaliyyәt göstәrir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN