HƏZRƏ – Azәrb. Resp. Qәbәlә r-nunda kәnd. Hәzrә ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km c.-ş.-dә, Qanıx-Əyriçay çökәkliyindәdir. Əh. 424 (2019); heyvandarlıq, taxılçılıq vә meyvәçiliklә mәşğuldur. Memarlıq abidәlәrindәn Şeyx Bәdrәddin türbәsi (1446), Şeyx Mәhәmmәd türbәsi (15 әsr), Şeyx Mәnsur türbәsi (16 әsr), arxeoloji abidәlәrdәn 16 әsrә aid әrәb yazılı sәnduqәlәr qorunub saxlanılmışdır.

Hәzrә kәndi (Qәbәlә). Şeyx Bәdrәddin türbәsi.










