Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HƏZRƏMAUT
    HƏZRƏMAUT, Hәdrәmövt ( ) – Ərәbistan y-a-nın c.-unda, indiki Yәmәn  Resp. әrazisindәki eyniadlı әyalәtdә tarixi-mәdәni vilayәt. Coğrafi cәhәtdәn Hәzrәmaut vadisinә (aşağı axarları Mәsilә vadisi adlanır), yayla-cöl, sahilyanı H.-a vә Qәrbi H.-a (Şәbvә mühafazasında İrma vadisi vә Cirdan vadisi) bölünür. H. adının elmi etimologiyası müәyyәnlәşdirilmәmişdir. İlk dәfә Bibliyada Hasarmavet (Yaradılış 10:26; I salnamәlәr 1:20) şәklindә, e.ә. 7 әsrә aid Sәba hökmdarı Karib-il Vatarın kitabәlәrindә Sәba dövlәtinin müttәfiqi kimi, hәmçinin antik mәnbәlәrdә [Strabon, “Eritreya dәnizinin peripli” (“Eritreya dәnizinin mәnzәrәsi”), Böyük Plini, Ptolemey] qeyd edilmişdir. Paytaxtı Şәbvә olan H. dövlәti e.ә. 8 әsrin sonlarından eramızın 3 әsrinin sonlarınadәk mövcud olmuşdur. Ən qüdrәtli dövründә (e.ә. 1 әsr – eramızın 3 әsri) Cәnubi Ərәbistan әrazisindә iri dövlәti qurum olan H.-un tәrkibinә sahilyanı vilayәtlәrlә (Vadi әl-Meyfәә, Bi’r-Əli r-nu) yanaşı, Mәhrә, Zufar vә Sokotra a. da daxil olmuş, Cәnubi Ərәbistanda hegemonluq uğrunda mübarizә aparmışdır. 3 әsrin sonu – 4 әsrin әvvәllәrindә Himyәri padşahlığı tәrәfindәn tutulmuş vә 6 әsrәdәk onun tәrkibindә qalmışdır. 6 әsrdә H.-a Ərәbistanın mәrkәzi rayonlarından әrәblәrinkindә tayfası köçmüş vә burada öz dövlәtlәrini yaratmışlar. 7 әsrin әvvәllәrindә әrәb işğallarından vә islamın qәbul edilmәsindәn sonra H. Xilafәtin tәrkibinә qatılmışdır. 15 әsrin ortalarından H.-un çox hissәsi Kәsiri sultanlığının (әsas şәhәrlәri әl-Qәtn, Sey’un, Tәrim, Şibam) tәrkibinә qatıldı, 19 әsrin ortalarında paytaxtı әvvәlcә Şihr, sonra isә әl-Mukәlla olan, әsasәn, sahilboyu vilayәtlәri әhatә edәn Queyti sultanlığı onun tәrkibindәn ayrıldı. H.-un ayrı-ayrı vilayәtlәrini vә şәhәrlәri müstәqil şeyxlәr idarә edirdi. 19 әsrin sonunadәk Daxili H.-un bir çox vilayәti Avropa sәyyahları vә tәdqiqatçıları üçün әlçatmaz idi. 1930-cu illәrin sonlarında Britaniyanın protektoratı Ədәnә (1963–67 illәrdә Cәnubi Ərәbistan protektoratı) birlәşdirildi, 1967 ildә Yeni müstәqil dövlәtin – Cәnubi Yәmәn Xalq Resp.-nın (1970 ildәn Yәmәn Demokratik Xalq Resp.), 1990 ildә birlәşmiş Yәmәn Resp.-nın tәrkibinә qatıldı. Qәdim H.-un dini baş allah Sayinin (S i n) simasında bütpәrәst politeizmi idi. H.-da 4–6 әsrlәrdә xristian vә yәhudi icmalarının mövcudluğuna dair dәlillәr var. 7 әsrin әvvәllәrindәn bu günәdәk islam dini vә sufilik mühüm rol oynamışdır. H.-da Alt Paleolit dövründәn (Quzә mağarası) Cәnubi Ərәbistan sivilizasiyalarının şәhәr xarabalıqlarınadәk (Şәbvә, Reybun, Mә’zәb) vә orta әsrlәrin memarlıq abidәlәri (Şibam, Əl-Qәtn, Sey’un, Tәrim, әl-Mukәlla sarayları) izlәnilmişdir. Rusiya arxeoloji ekspedisiyası (Reybun, H. vadisindәki abidәlәr, Bi’r-Əli şәhәr yeri – Qani qәdim şәhәr-portu), Fransa arxeoloji missiyası (Şәbvә), İtaliyanın Omandakı missiyası (Zufar әrazisindәki Xur Ruri laqunundakı H.-un Sәmhәrәm qәdim şәhәr-portu) tәrәfindәn tәdqiq olunmuşdur.
    Hәzrәmautun paytaxtı Şәbvә şәhәri hökmdar
    sarayındakı qrifonların relyefi. Tәqr. eramızın
    250 ili. Milli Muzey (Yәmәn, Ədәn).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 