HIÇQIRMA, h ı ç q ı r ı q – diafraqmanın konvulsiv yığılması. Bir sıra xәstәliklәrdә (hәzm sisteminin, mәrkәzi sinir sisteminin orqanik vә funksional xәstәliklәrindә), bәzәn sağlam adamlarda (quru vә bәrk qida yedikdә, spirtli içki içdikdә) müşahidә olunur. H. sağlam adamlarda epizodik xarakter daşıyır, bir-iki qurtum su içdikdә, yaxud bir neçә dәfә dәrindәn nәfәs aldıqda keçir.










