HINNAM – KXDR-dә, Hamgön-Namdo әyalәtindә şәhәr. Əh. 260 min (2003). Şәrqi Koreya körfәzinin sahilindәdir. Ölkәnin әn iri kimyәvi gübrәlәr istehsalı mәrkәzidir, әlvan metallurgiya, yeyinti sәnayesi, tikinti materialları müәssisәlәri, gәmi tәrsanәsi var. Balıq ovlanır. H.-da kimya mühәndisliyi un-ti; teatr vә muzeylәr fәaliyyәt göstәrir.










