HİBBONKİMİLƏR (Hylobatidae) – primatlar dәstәsindәn mәmәlilәr fәsilәsi. 3 cinsi var: hibbonlar (5–7 növ), siamanqlar (1 növ), iri hibbonlar (Bunopithecus, 1 növ). Bәdәninin uz. 90 sm-әdәk (siamanq), kütlәsi 15 kq-a qәdәrdir. Cinsi dimorfizmi zәif tәzahür edib. Ön әtrafları bәdәninin uz.-dan tәxm. 2 dәfә uzundur. Əl barmaqları uzunsovdur; ayaqlarının baş barmaqları digәr barmaqların qarşısındadır vә tutucu hәrәkәtlәrә malikdir. Ovucunun içi, pәncә dabanları vә qulaqları tüksüzdür. Quyruğu yoxdur. Kiçik oturaq döyәnәklәri var. Xәzi sıx vә uzundur; onun rәngi qaradan açıq sarı, yaxud gümüşü-boz rәnglәr arasında dәyişir vә hәtta eyni qrupdan olan heyvanlar rәnglәri ilә fәrqlәnir. Çinin c.-u vә Cәnub- Şәrqi Asiyanın keçilmәz tropik meşәlәrindә yaşayırlar. Əsasәn, ağaclarda yaşayırlar. H.-in bütün növlәrinin sayı çox deyildir; onlar üçün antropogen tәsirә mәruz qalmayan meşә sahәlәrinin azalması tәhlükә yaradır. H.-in bütün növlәri TTEMBİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.










