HİBİSKUS (Hibiscus) – әmәkömәcilәr fәsilәsindәn bitki cinsi. Otlar, kollar vә hәtta kiçik ağaclardır. Yarpaqları növbәli düzülüşlü, oval, bәzәn dişcikli, yaxud dilimli, çılpaq, parlaqdır. Çiçәklәri ikicinsli, tәk (yarpaq qoltuqlarında), uzun çiçәk saplağı üzәrindә, bәzәn salxım vә ya süpürgә çiçәk qrupunda toplanmış, sarı, qırmızı, ağ, yaxud qәhvәyi lәkәli göyümtül rәngdәdir. Meyvәlәri beş yuvalı qutucuqlardır. 250–300 növü var, tropik, subtropik vә qismәn mülayim qurşaqlarda yayılmışdır. Azәrb.-da mәlum olan 5 növdәn 4-ü becәrilir: Suriya H.-u (H. syriacus), kәnaf H.-u (H. cannabinus), üçәr H. (H. trionum), Çinqızılgülü (H. rosa-sinensis), bamiyә, yaxud yeyilәn H. (H. esculentus). Üçәr H. Sarı yarpaqlı birillik bitkidir; Avropanın c. hissәsinin bozqır yamaclarında, çay vә göl sahillәrindә, çınqıl daşlarında vә әkin sahәlәrindә alaq bitkisi kimi bitir. H. arasında sәrt lif verәn giş, brezent vә hәsirlәrin hazırlanmasında istifadә edilәn lifli bitkilәr (kәnaf) var. Cәnubi Asiyada meyvәlәrinә görә yetişmәmiş (kal) halda yeyilәn bamiyәni (bәzәn onu yaxın Abelmoschus cinsinә aid edirlәr) becәrirlәr. Tәrkibi vitamin vә mikroelementlәr kompleksindәn ibarәt olan H. karkadenin (H. sabdariffa) (mәkkәgülü) qurudulmuş çiçәk kasacıqlarından orqanizmin hәyat qüvvәsini yüksәldәn tünd qırmızı rәngli turşmәzә içkinin (“qırmızı çay”) alınmasında istifadә olunur. H.-un bir çoxu dekorativ bitkilәrdir (çinqızılgülü, Suriya H.-u, hәmçinin onların çoxsaylı hibrid sortları).

Suriya hibiskusu (Hibiscus syriacus)










