HİBRİ Əbdürrәhman әfәndi (1604, Ədirnә – 1659, Ədirnә) – Osmanlı tarixçisi vә alimi. Ədirnәdә vә İstanbulda tәhsil aldıqdan sonra müdәrrisliklә mәşğul olmuşdur. Ədirnәnin tarixindәn, topoqrafiyasından, dahi şәx siyyәtlәrindәn bәhs edәn “Ənisül-müsamirin” (1636), Osmanlı dövlәtinin müxtәsәr tarixinin әks olunduğu 6 hissә vә nәticәdәn ibarәt “Dәftәri-әxbar”, Osmanlı sultanı IV Muradın hәrbi sәfәrlәrindәn bәhs edәn “Tarixi-fәthi-Rәvan”, “Tarixi-fәthi-Bağdad” әsәrlәrinin, hәmçinin “Hәdaiqül-cinan”, “Mәnasiki-mәsalik” vә s. Әsәrlәrin müәllifidir.










