HİBRİD DİLLƏR – kontakt dillәrin bir növü. H.d. bilinqvizm şәraitindә iki dilin qarşılıqlı tәsiri nәticәsindә meydana gәlir vә dil improvizasiyası әsasında yaranan picindәn fәrqlidir. H.d.-in formalaşması, adәtәn, 1–2 nәslin hәyatı әrzindә baş verir. Tәqr. 20 H.d. mәlumdur, onlardan mednov-aleut dilini, miçifi, medialenqvanı göstәrmәk olar. İlk dәfә P.Bakker H.d.-ini ayırd etmiş vә bu termini irәli sürmüşdür.










