Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HİBRİDLƏŞMƏ
    HİBRİDLƏŞMƏ, h i b r i d l ә ş d i r m ә (lat. hibrida – hibrid, mәlәz + ...genez) – cinsi yolla çoxalan valideyn orqanizmlәr arasında irsi müxtәliflikdәn yeni xüsusiyyәtlәrә malik nәslin (hibridlәrin) әmәlә gәlmә vә alınma üsulu (cinsi H.). Tәbiәtdә müşahidә olunur vә ya süni surәtdә hәyata keçirilir. H.-nin әsasını cinsi prosesin gedişindә iki orqanizmin genetik materialının birindә birlәşdirilmәsi olan çarpazlaşdırma tәşkil edir. “H.” vә “çarpazlaşdırma” terminlәri çox vaxt sinonimlәr kimi işlәdilir, lakin bu hәmişә doğru deyil; bu anlayışların mәnası yalnız qismәn üst-üstә düşür, çünki çarpazlaşma genetik cәhәtdәn eyni fәrdlәr arasında mümkündür. Növdaxili vә uzaq H. ayırd edilir. N ö v d a x i l i H.-dә çarpazlaşdırılan fәrdlәr yalnız genotipә görә fәrqlәnir, bir növ çәrçivәsindә hәyata keçirilә bilәr, bütün çarpaz mayalanan orqanizmlәrә xasdır vә mikrotәkamül üçün zәruri olan dәyişkәnliyin müәyyәn sәviyyәsini tәmin edir; buna görә dә tәbii populyasiyalarda geniş yayılmışdır. Seleksiyada onun әsasında müxtәlif növlәrin çox böyük miqdarda cinslәri vә sortları yetişdirilmişdir. Xüsusilә minik at cinslәrinin (әrәb, Danimarka vә b.) qoşqu cinslәri ilә (Hollandiya, Meklenburq vә b.) H.-sindәn Orlov löhrәminin alınmasında istifadә edilmişdir. U z a q H. müxtәlif növlәrin (növarası H.) vә ya cinslәrin (cinsarası H.) nümayәndәlәri arasında baş verir. Bu zaman bir orqanizmdә müxtәlif genomlar birlәşir. Növarası H.-dә әksәr hallarda hibridlәr ya әmәlә gәlmir (mayalanmanın mümkün olmaması), ya da inkişafın erkәn mәrhәlәlәrindә tәlәf olur (müxtәlif genomların bir-biri vә ya sitoplazma ilә funksional uyuş mazlığı). Normal hәyat qabiliyyәtinә malik hibridlәr çox vaxt heterozislә meydana çıxır, lakin dölsüz olurlar. Bu, müxtәlif növlәrdә meyozun gedişi zamanı xromosom konyuqasiyasının pozulması vә cinsi hüceyrәlәrdә balanslaşmamış xromosom sayının әmәlә gәlmәsi sәbәbindәn olur. Əgәr hibrid amfidiploiddirsә, yәni iki müxtәlif növün hüceyrәlәrindә tam (bütöv) diploid xromosom dәsti birlәşәrsә, nәsilvermә qabiliyyәti bәrpa olunur. Bu, araların da çoxlu sayda növlәr – amfidiploidlәr olan bitkilәrdә tәkamül növәmәlәgәl mәsindә spontan baş verә bilәr. Bitkilәrin uzaq hibridlәrindә nәsilvermә qabiliyyәtinin süni bәrpası problemi ilk dәfә poliploidlәşdir mәüsulundan istifadә etmiş Q.D.Karpeçenko tәrәfindәn hәll olunmuşdur. Heyvanlarda növarası H. artıq bizim eramızdan 2 min il әvvәl xüsusilә qatırın (atla uzunqulağın hibridi) alınmasında mövcud olmuşdur. Növarası H. zamanı heyvanların döllü nәsillәri yalnız çox yaxın qohum növlәr arasında mәs., zubr vә bizon (zubrbizon hibridi), vәhşi arxar qoyunu vә merinos qoyunlar (arxarmerinos hibridi) vә yaxud bir vә ikihürgüclü dәvәlәr (hibridnәr) müşahidә edilir. Onurğalıların, ehtimal ki, insan da daxil olmaqla, tәkamül növәmәlәgәlmәsindә genomların poliplo idlәşdirilmәsinin (tetrapoliploidlәşdirmә) әhәmiyyәtli rol oynaması barәdә sitoloji vә biokimyәvi sübutlar әldә olunmuşdur. Birhüceyrәli orqanizmlәrdә H. mayalanma (sporlular), kopulyasiya (göbәlәklәr vә bәzi yosunlar) vә ya konyuqasiya (infuzorlar) әsasında hәyata keçirilә bilәr. Bakteri yaların H.-sinin әsasını konyuqasiya, transduksiya transformasiya tәşkil edir vә bu halda hibrid bakteriyalar donor valideyn formalarının genetik materialının yalnız bir hissәsini saxlayır. Virusların H.-si hüceyrәlәrin müxtәlif genotipli viruslarla yoluxması zamanı baş verir. Bakteriya vә viruslarda H. rekombinasiyalarla müşayiәt edilir, bunun nәticәsindә hibridlәrdә genetik materialın yalnız bir, lakin iki valideyndәn olan dәsti әmәlә gәlir. Noxudun H.-si ilә Q. Mendelin işlәri genetikanın elmi әsasını qoydu. H.-nin kömәyi ilә mәdәni bitkilәrin vә heyvan cinslәrinin tәsәrrüfat әhәmiyyәtli sortları alınmış, bitkilәrin yeni formaları mәs., müxtәlif cinslәrin nümayәndәlәri – buğda vә çovdarın genomunu özündә birlәşdirәn tritikale taxılı yaradılmışdır. Geniş mәnada H. hәmçinin, genotipә vә ya kariotipә (somatik H.), hәm dә nuklein turşularının molekuluna (molekulyar H.) görә fәrqlәnәn qeyri-cinsi (somatik) hüceyrәlәrin birlәşmәsi kimi başa düşülür. Norma daxilindә s o m a t i k h ü c e y r ә l ә r i n H.-sinә göbәlәklәrdә paraseksual proseslә birlikdә tәsadüf olunur. Mәmәlilәrin yetişdirilәn somatik hüceyrәlәrindә spontan (öz-özünә) birlәşmә fr. alimi J.Barski tәrәfindәn 1960 ildә aşkar edilmişdir. Müxtәlif xәtlәrә mәnsub hüceyrәlәr kulturada birgә yetişdirildikdә birlәşәrәk ikinüvәli vә çoxnüvәli hibrid hüceyrәlәr – h e t e r o k a r i o n l a r әmәlә gәtirә bilirlәr. Gәlәcәkdә bu sonuncular ilkin valideyn hüceyrәlәrdәn alınmış tәrkibindә xromosomlar olan iki birnüvәli qız hüceyrәlәrә, bir çox hallarda isә uzun müddәt çoxalmış hibrid hüceyrә xәtlәrinә başlanğıc verir. 1965 ildә ingilis alimi H. Harris ilk dәfә siçan vә insan hüceyrәlәrindәn yaradılmış hetero karionları әldә etmişdir. Somatik hüceyrәlәrin H.-sinin praktiki olaraq növ baryerlәri olmadığından, hәtta heyvan vә bitki hüceyrәlәrinin dә birlәşmәsi mümkündür. Növarası H. elә hüceyrәlәr yaradır ki, bәzi bitkilәrdә bunlardan regenerasiya yolu ilә heç vaxt cinsi yolla әmәlә gәlmәyәn bütöv orqanizmlәr almaq olar; mәs., noxud vә soyanın, noxud vә paxlanın hibridlәri (bax Hüceyrә mühәndisliyi). Somatik hüceyrәlәrin mayalanması vә ya qovuşması zamanı sitoplazmatik H. -genotipinә görә fәrqli valideyn mitoxondrilәrinin vә ya plastidlәrinin birlәşmәsi vә orqanellәrin allel genlәrә görә heteroziqotun – h e t e r o s i t o n u n (heteroplazmon) әmәlә gәlmәsi ilә baş verә bilәr. Somatik hüceyrәlәrin H.-si nüvәnin vә sitoplazmanın qarşılıqlı әlaqәsinin tәdqiqinә, genlәrin fәaliyyәtinin tәnzimi vә diferensiasiyasına, ontogenez, şişәmәlәgәlmә vә bir çox b. proseslәrә yeni yanaşmalara yol açdı. Bölünmәyә vә çoxlu sayda yüksәk spesifikli anticisimlәr hasil etmәyә qabil olan şiş hüceyrәlәri hibridlәrinin vә B-limfositlәrin – hibridomaların praktiki әhәmiyyәti var. Molekulyar H. gen mühәndisliyindә geniş tәtbiq olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN