HİBRİDOGENEZ (lat. hibrida – hibrid, mәlәz + ...genez) h i b r i d o g e n n ö v ә m ә l ә g ә l m ә – iki әcdad növün (adәtәn yaxın qohum) çarpazlaşması ilә yeni növ orqanizmlәrin әmәlә gәlmәsi. Reduksiyalı hüceyrә bölünmәsi (meyoz) zamanı cinsi hüceyrәlәrdә (qametlәrdә) xromosomların paylanmasında olan pozulmalarla әlaqәdar belә hibrid fәrdlәr adәtәn çarpazlaşma ilә nәsil verә bilmir. H. yolu ilә әmәlә gәlәn orqanizm formaları yalnız әgәr onlar qeyri-cinsi çoxalma (cinsiyyәtsiz növlәr) vә ya partenogenez (parteno- növlәr) qabiliyyәtli olduqda saxlanılır. Buna görә dә H.-ә heyvanlara nisbәtәn bitkilәrdә daha tez-tez rast gәlinir. Bәzi hallarda, әgәr cinsi hüceyrәlәrin әmәlә gәlmәsi zamanı meyozun pozulması nәticәsindә onlardan bәzilәri hәr iki әcdad növün tam xromosom dәstini әldә edirsә, hibrid orqanizmlәrin cinsi çoxalma qabiliyyәti bәrpa oluna bilәr. Belә qametlәrin (spermatozoidin vә yumurtahüceyrәnin) birlәşmәsi zamanı hәr әcdaddan ikiqat artıq xromosom dәsti olan ziqota (amfidiploid) әmәlә gәlir. Bundan inkişaf edәn amfidip loid orqanizm gәlәcәkdә hәyat qabiliyyәti olan cinsi hüceyrәlәr yarada bilәcәk vә yeni forma qiymәtli biol. növ olacaqdır.










