Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HİBRİDOLOJİ ANALİZ
    HİBRİDOLOJİ ANALİZ – bir sıra nәsillәrdә adәtәn hibridlәşmә vә onun nәticәlәri әsasında fәrdlәrin, xәtlәrin genotiplәrini müәyyәnlәşdirmәk mәqsәdilә әlamәtlәrin irsәn keçmәsinin öyrәnilmәsi; genetik analizin tәrkib hissәsidir. H.a.-in banisi Q.Mendel (1866) olmuşdur; onun işlәnib hazırlanma vasitәsi hibridoloji metoddur. H.a. dedikdә başlanğıc materialın, çarpazlaşmanın müәyyәn sxemi vә bu çarpazlaşmaların bütün törәmәlәrinin miqdari uçotu başa düşülür. Diploid orqanizmlәrdә (yaxud poliploid) birinci çarpazlaşdırmanın ilk valideyn formaları öyrәnilәn әlamәtlәrә nәzarәt edәn genlәrin müxtәlif allellәri üzrә homoziqotluqla sәciyyәlәnmәlidir. Bu valideyn formalarından hәr birindә daha çox ardıcıl çarpazlaşdıma ayrı-ayrı әlamәt variantlarının irsәnalınma sabitliyinә görә müәyyәnlәşdirilir. Müxtәlif valideyn formalarının (P) hibridlәşdirilmәsi ilә birinci nәslin hibridlәri (F1) alınır vә onların fenotipi qiymәtlәndirilir. Valideyn formalarının resiprok çarpazlaşdırılmasının nәticәlәri sitoplazmatik, autosom, cinslә ilişmiş (qoşulmuş) irsәnalınma әlamәtlәrin tiplәrinә işarә edir. H.a.-in sonrakı mәrhәlәsi ikinci nәslin hibridlәrinin (F2) alınmasıdır; bu, fәrdlәrin öz aralarında çarpazlaşması, yaxud F1 fәrdlәrinin öz-özünә mayalanması vә bütün törәmәlәr arasında fenotipә görә parçalanmanın miqdari uçotu ilә aparılır. Bunun nәticәsindә F1-in genotipini, onların heteroziqotluğunu müәyyәnlәşdirmәk, öyrәnilәn әlamәtlәrin inkişafına nәzarәt edәn ayrı-ayrı genlәri, onların miqdarını (monogenliyi, poligenliyi) vә qarşılıqlı tәsirinin xarakterini üzә çıxarmaq mümkün olur. Bundan başqa poligen irsәnalınma zamanı F2 analizi ilişikliyin bir, yaxud müxtәlif qruplarında aşkara çıxarılan genlәrin qarşılıqlı lokalizasiyasını müәyyәn etmәyә sәbәb olur. Genlәrin ilişmәsi aşkar edildik dә onların arasındakı genetik mәsafәni (onların arasındakı rekombinasiyaların tezliyinin uçotu aparılmaqla) müәyyәn edir vә xromosomların genetik xәritәlәri (ilişmәlәr qrupunun xәritәlәri) düzәldilir. Formanın bütün ressesiv әlamәtlәri olan F1 fәrdlәrinin çarpazlaşması bu cәhәtdәn daha mәlumatlıdır. Fenotipә görә parçalanma әsasında bu cür çarpazlaşmanın kömәyi ilә F hibridlәrindә qamet tiplәrinin nisbәti müәyyәn edilir. Öz-özünә mayalanan orqanizmlәrdә bu mәqsәdlә F fәrdlәrinin öz-özünә mayalanmasının (öz-özünә tozlanma) nәticәsi olan 3-cü nәsil (F3) hibridlәrindәn istifadә etmәk olar. H.a.-in variantı olan genom analizinin nәticәlәrinә әsasәn hibrid müxtәlif genlәrin miqdari vә onların homolojilik dәrәcәsi tәyin edilir. İnsanda H.a.-in analoqu genealoji metoddur. Görünәn haploid fazalı mikroorqanizmlәrdә hәyat tsiklinin F1 hibridlәri diploiddir vә meyozun gedişindә әmәlә gәlәn parçalanma artıq onların haploid nәsillәrindә aşkara çıxır, bu da analizi әhәmiyyәtli dәrәcәdә sadәlәşdirir. Bir sıra hallarda (kisәli göbәlәklәr, yosunlar) belә nәsillәr (qametlәr) bir neçә müddәt birlikdә qalır, onları ayırmaqla hәr bir ayrıca meyoz hadisәsinin analizini (tetrad analiz) aparmağa sәbәb olur. Göbәlәklәrdә H.a. hәmçinin haploid vegetativ hüceyrәlәrin (hiflәr) birlәşdiyi paraseksual tsikldәn istifadә etmәklә aparılır. H.a. çoxhüceyrәli orqanizmlәrin somatik hüceyrәlәri sәviyyәsindә dә aparılır. Hibrid hüceyrәlәrin tәrkibindә valideynlәrin ikilәşmiş xromosom dәstinin olması onun xüsusiyyәtidir; hibridlәrin nәsillәri mitozun gedişindә yaranır. Hüceyrә tsiklinin genetik nәzarәti, poligen xәstәliklәr vә şişәmәlәgәlmәnin genetik problemlәri bu metodla tәdqiq edilir. Bakteriyalarda H.a. konyuqasiyadan, transformasiyadan vә transduksiyadan istifadәyә әsaslanır (bax Hibridlәşmә). Bunun nәticәsindә bir valideynin (resipiyentin) tam genomunu digәr valideyn (donorun) genomunun bir hissәsi ilә birlәşdirәn meroziqotalar әmәlә gәlir. Müasir genetikada heyvanlar, bitkilәr vә insanın somatik hüceyrәlәri dә daxil olmaqla eukariotların H.a.-indә dә meroziqotlardan istifadә geniş yayılmışdır. H.a.-in müxtәlif variantlarının istifadәsi irsәnalınmanın әsas qanunauyğunluqlarının universallığını vә genetik materialın universal xassәlәrinin aşkara çıxarılmasını sübut etdi. Bundan transgen orqanizmlәrin, yüksәkmәhsuldar adi bitki sortları vә heyvan cinslәrinin yaradılmasında vә onların genotipә görә qiymәtlәndirilmәsindә geniş istifadә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 