HİCAZ – Ərәbistan y-a-nın şm.-q.-indә, Qırmızı dәnizin sahilyanı әrazilәrindә tarixi vilayәt. Dağlıq relyef vә quru iqlim şәraiti burada köçәri heyvandarlığın geniş yayılmasını şәrtlәndirmişdi; yalnız ayrı-ayrı vahәlәrdә – Ət-Taif, Əl-Ula, Teyma vә s. әkinçiliklә mәşğul olurdular. H.-ın әn iri şәhәri 5–6 әsrlәrdә Qәrbi Ərәbistanın mühüm ticarәt vә mәdәniyyәt mәrkәzi sayılan Mәkkә idi; 7 әsrin әvvәlindә Mәhәmmәd peyğәmbәr bu şәhәrdә islam dinini yaymağa başlamışdı. H. müsәlman icmasının vәtәni kimi gәlәcәk Xilafәtin özәyi, Mәdinә isә birinci paytaxtı olmuşdur. Xәlifәlәrin iqamәtgahının Suriyaya köçürülmәsindәn sonra H. adi canişinliyә çevrilmiş, lakin dini әhәmiyyәtini saxlamışdır; onun dini elmlәr vә әdәbiyyat mәrkәzlәri olan müqәddәs şәhәrlәri bütün müsәlman dünyasının zәvvarlarını özünә cәlb edirdi. Abbasilәr dövlәtinin parçalanmasından sonra H. Misir vә Suriyada hakimiyyәtdә olan müxtәlif sülalәlәrin tabeliyindә idi. Bununla yanaşı, 10 әsrin sonlarında Mәkkә vә Mәdinәni mütәmadi olaraq öz tәsirlәrini bütün H.-a yayan Haşimilәr idarә edirdilәr. Onlar Fatimilәrin, Əyyubilәrin, mәmlüklәrin, Mәmlük sultanlığının işğalından sonra isә Osmanlı imperiyasının aliliyini tanıyırdılar. H. 1811–18 illәrdә Mәhәmmәd Əlinin başçılığı ilә Misir qoşunları tәrәfindәn tutulmuş, lakin 1840 ildә vilayәt qismindә Osmanlı imperiyasının tәrkibinә qatılmışdır. Hicaz üsyanından (1916–18) sonra H.-da Hüseyn ibn Əlinin müstәqil krallığı yaranmış, 1925–26 illәrdә qısamüddәtli müqavimәtdәn sonra İbn Sәud tәrәfindәn işğal edilmişdir. “Nәcd, Hicaz vә birlәşdirilmiş torpaqlar krallığı”nın (1932 ildәn Sәudiyyә Ərәbistanı) tәrkibinә daxil olan H. mühafaza (әyalәt) kimi xüsusi statusunu saxlamışdı (bu әyalәt yalnız kralın yaxın qohumları tәrәfindәn idarә olunurdu). 1980 ildә H. Mәkkә, Mәdinә vә Tabuk mintәqәlәrinә (regionlara) bölünmüşdür.










