HİCRƏT (әr.
– köçmә, mühacirәt) – Mәhәmmәd peyğәmbәrin vә onun tәrәfdarlarının (mühacirlәr – hәrfәn H. edәnlәr) 622 ilin sentyabrında Mәkkәdәn Yәsrib (indiki Mәdinә) ş.-nә köçmәsi. Müşriklәrin müsәlmanlara qarşı tәqib vә tәzyiqlәri nәticәsindә 615 vә 616 illәrdә müsәlmanlardan ibarәt iki karvan (tәqr. 100 nәfәr) Hәbәşistana yollandı (ilk H.). Hәbәşistan kralının Mәkkә müşriklәrinin müsәlmanları tәhvil vermәk istәklәrini rәdd etmәsi ilә Mәkkәdә qalan müsәlmanlara qarşı tәzyiqlәr daha da artdı. Müsәlmanlar 3 il әrzindә sosial vә iqtisadi tәcrid vәziyyәtindә saxlandı. Tәcridin lәğvindәn sonra 620 ildә H. etmiş müsәlmanların bir qismi geri qayıtdı. Peyğәmbәri himayә edәn әmisi Əbu Talibin vәfatından sonra müsәlmanların Mәkkәdә yaşaması qeyri-mümkün oldu. 622 ildә Hәcc sәfәri zamanı Əqәbәdә gizli şәkildә peyğәmbәrlә ikinci dәfә görüşәrәk әhd bağlayan (birinci Əqәbә әhdi 621 ildә bağlanmışdı) bir qrup yәsribli müsәlman (bax Ənsar) peyğәmbәri Yәsribә dәvәt etdi. Peyğәmbәrin göstәrişi ilә müsәlmanlar Mәkkәni gizli şәkildә tәrk edәrәk hissә-hissә Yәsribә köçmәyә başladılar. Bundan xәbәr tutan müşriklәrin toplantısında Əbu Cәhlin tәklifi ilә peyğәmbәrә qarşı sui-qәsd planı hazırlandı (9 sentyabr). Plandan xәbәrdar olan peyğәmbәr hәmin gecә öz yerinә Əli ibn Əbu Talibi qoyaraq Əbu Bәkrlә yola çıxdı. Onlar müşriklәrin tәqibindәn qaçaraq 3 gün mağarada gizlәndikdәn sonra sentyabrın 20-si Yәsrib yaxınlığındakı Quba k.-nә çatdılar. Peyğәmbәr orada ilk mәscidi qurdu. Sentyabrın 24-ü peyğәmbәrin Yәsribә daxil olması ilә H. başa çatdı. H.-dәn sonra “Mәdinәtür-rәsul” (“Peyğәmbәr şәhәri”) adlandırılan Yәsrib tәdricәn Mәdinә adı ilә mәşhurlaşdı. H әbәşistanda qalan son müsәlman karvanı 628 ildә Mәdinәyә yollandı. H. islamın tәşәkkülündә vә yayılmasında mühüm rol oynamış, icmanın vahid cәmiyyәtә çevrilmәsinin vә islam dövlәtinin formalaşmasının başlanğıcı olmuşdur. Belә ki, H.-dәn dәrhal sonra peyğәmbәrin göstәrişi ilә mühacirlәr vә әnsarlar arasında qardaşlıq әqdi bağlanmış, şәhәr-dövlәt tәsis edilmişdi. Şәhәr әhalisini tәşkil edәn müxtәlif qrupların (müsәlmanlar, yәhudilәr vә b.) öz aralarında vә digәr şәhәrlәrlә münasibәtlәrini, onların din vә vicdan azadlıqlarını, bir sıra hüquqi, sosial vә iqtisadi mәsәlәlәri ehtiva edәn yazılı mәtn – “Mәdinә konstitusiyası” hazırlanmışdı. H. dinidok trinanın işlәnmәsindә dә keçid mәrhәlәsi idi. Mәkkә ayәlәrindә daha çox әqidә ilә bağlı mәsәlәlәr qabardıldığı halda, H.-dәn sonrakı ayәlәrdә fәrdi vә ictimai hәyatın tәnzimlәnmәsini şәrtlәndirәn hüquqi problemlәrin hәlli yer almışdır. Ömәr ibn Xәttabın dövründә 638 ildә Əli ibn Əbu Talibin tәklifi ilә H. ili müsәlman tәqviminin başlanğıcı elan edilmişdir.










