Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HİCRİ DƏDƏ
    HİCRİ DƏDƏ (tәxәllüsü; әsl adı M a h m u d d u r) (1877, Kәrkük – 11.12.1952, Kәrkük) – İraq-türkmәn şairi. Babası Dәdә Naziri tanınmış türkmәn şairi olmuşdur. Kәrkük mәdrәsәlәrindә tәhsil almışdır. Sultaniyyә vә Qala mәktәblәrindә müәllim işlәmiş, Kәrkük bәlәdiyyәsindә, “Kәrkük” qәzetindә çalışmışdır. İraq-türkmәn (Azәrb.), fars vә kürd dillәrindә yazmışdır. Yaradıcılığına Hәllac Mәnsur, İmadәddin Nәsimi, Hacı Bәktaş Vәli, hәmçinin 19 әsr türk, xüsusilә Tәnzimat әdәbiyyatı vә “Ədәbiyyati-cәdidә” mәktәbinin güclü tәsiri olmuşdur. Şeirlәrindәn yaşadığı torpaqların mәdәniyyәt, incәsәnәt, tarix, әdәbiyyat vә folkloru ilә bağlı geniş mәlumata sahib olduğu görünür. Vәtәn sevgisi, qürbәt, yoxsulluq, sәdaqәt, milli istiqlaliyyәt uğrunda, sosial zülm vә әdalәtsizliyә qarşı mübarizәyә çağırış vә s. H.D. yaradıcılığının әsas mövzularıdır. Mәnzumәlәrdәn ibarәt “Yadigari-hicri”, “Kәrkük tarixi” әsәrlәrinin, “Riyazüş-şüәra” antologiyasının vә s. әsәrlәrin müәllifi olan H.D.-nin türk vә fars dillәrindә divanı var.
    Ə s ә r i: Şeirlәr. “Azәrbaycan”, 1968, № 8.
    Əd.: S i n a n S ә i d. Kәrkük şairlәrindәn Hicri Dәdә. “Azәrbaycan”, 1968, № 8.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 