Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDAYƏT 
    HİDAYƏT ( ) Rzaqulu xan ibn Mәhәmmәd Hadi (8.6.1800, Tehran – 30.6.1871, Tehran) – İran şairi, alim, dövlәt xadimi. Şirazda tәhsil almışdır. İlk şeirlәrindә “Çakәr”, sonralar ”Hidayәt” tәxәllüsündәn istifadә etmişdir. Fәtәli şah üçün yazdığı şeirlәrinә görә hökmdar ona “xan” adını verәrәk, sarayına “әmir üş-şüәra” (“şairlәr әmiri”, 1828 ildәn) tәyin etmiş, lakin H. ağır xәstәlәndiyindәn Tehrana gedә bilmәmişdir. Mәhәmmәd şah vә Nәsirәddin şahın göstәrişi ilә şahzadәlәrin tәhsili üçün sarayda xidmәt etmiş (1838 ildәn), Nәsirәddin şah tәrәfindәn sәfir, maarif nazirinin kömәkçisi, İranda ilk avropasayağı ali ümumtәhsil mәktәbi olan Tehran darülfünunun direktoru (1851–67) tәyin edilmişdir. Qәzәl vә qәsidәdәn ibarәt 50 min beytlik divanın, “Gülüstani-İrәm” (yaxud “Bektaşnamә”, 1853) romantik poemasının, “Hidayәtnamә” mәsnәvisinin, “İcmal әt-tәvarix” (“Tarixlәrin icmalı”) vә 10 cildlik “Rovzәt әs-sәfaye Nasiri” (“Nasirin sәfalı bağı”, nәşri 1854–56) tarix әsәrlәrinin, “Fәrhәnge-әncümәnaraye Nasiri” (“Mәclislәri bәzәyәn Nasir lüğәti”, nәşri 1871) adlı fars dili izahlı lüğәtinin vә s. әsәrlәrin müәllifidir. İran şairlәrinin şeirlәrini әhatә edәn “Mәcmә әl-füsәha” (“Bәlağәtlilәrin mәclisi”, c. 1–2, 1878) vә farsca yazan sufi şair vә filosofların tәrcümeyi-halından ibarәt “Riyaz әl-arifin” (“Ariflәr çәmәni”, nәşri 1888) antologiyalarını tәrtib etmişdir.
    Əd.: К о м и с с а р о в Д.С. Очерки современной персидской прозы. М., 1960; A x u n d o v M.F. Tәnqid risalәsi. Əsәrlәri, 3 cilddә. C.–2, B., 1961; История персидской и таджикской литературы, подред. Я.Рипка. М., 1970.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 