Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HİDAYƏT 
    HİDAYƏT ( ) Sadiq (17.2.1903, Tehran – 9.4.1951, Paris) – İran yazıçısı, filoloq, ictimai xadim. Zadәgan ailәsindә doğulmuşdur. İbtidai tәhsilini Tehranda Mәdrәseyi-elmiyyәdә almış, sonra fransız kollecindә oxumuşdur. 1925 ildә mühәndislik tәhsili almaq mәqsәdilә Avropaya göndәrilmişdir. 1929 ildә ixtisasını dәyişәrәk fransız әdәbiyyatını öyrәnmәyә başlamışdır. 1930 ildә tәhsilini yarımçıq qoyaraq Tehrana qayıtmışdır. Siyasi baxışlarına görә tәzyiqlәrә mәruz qalmış, 1936 ildә bir neçә ay Bombeydә yaşamış, pәhlәvi dilini öyrәnmişdir. 1930-cu illәrdә Bozorg Əlәvi, Mәsud Fәrzad vә Müctәba Minovi ilә mütәrәqqi fikirli “Dördlәr” dәrnәyini yaratmışdır. 1940-cı illәrdә Özbәkistan Orta Asiya Dövlәt Un-tinin dәvәti ilә Daşkәnddә olmuşdur. 1950 ildә yenidәn Parisә qayıtmış vә ruhi sarsıntı nәticәsindә orada intihar etmişdir. Ölümündәn qabaq әlyazmalarının bir hissәsini yandırmışdır. H. 20 әsr İran әdәbiyyatının әn görkәmli nümayәndәlәrindәn biridir. Yaradıcılığına fransız әdәbiyyatının tәsiri olmuşdur. “Diri ikәn dәfn olunmuş” (1930) hekayәlәr toplusu ilk kitabıdır. “Üç qәtrә qan” (1932), “İşıqlı kölgә”, “Əlәviyyә xanım” (hәr ikisi 1933), “Sahibsiz it” (1943), “Qayğısızlıq” (1944), hekayә toplularının, “Hacı ağa” (1945) povestinin müәllifidir. “Kor bayquş” povesti (1936 ildә Bombeydә, 1941 ildә Tehranda nәşr olunmuşdur; 1987 ildә R.Ruis tәrәfindәn ekranlaşdırılmışdır) H.-ә geniş şöhrәt gәtirmişdir. Tarixi pyeslәri, satirik oçerklәri, esselәri, yol qeydlәri, tәrcümәlәri, İran folkloruna dair tәdqiqatları var. Bir sıra qәdim vә orta әsrlәr fars әdәbi abidәlәrini müasir fars dilinә çevirmiş, folklor nümunәlәrini toplayıb nәşr etdirmişdir. Bәzi hekayәlәri Azәrb. dilinә tәrcümә olunmuşdur.
    Əsәrlәri: Избранное,1957; Избр. Произведения. М.,1969; Əsәrlәri (fars dilindә).Tehran, 1999.
    Əd.: К о м и с с а р о в Д.С., Садег Хедаят. Жизнь и творчество. М., 1967; y e n ә o n u n, С.Хедаят: Жизнь после смерти. М., 2001; K a t o u z i a n H.S. Hedayat: The life and literature of an Iranian writer. N.Y., 2002.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN