“HİDAYƏT” – 1904 ildә Bakıda yaradılmış xeyriyyә cәmiyyәti. Nizamnamәsi Əhmәd bәy Ağayev tәrәfindәn tәrtib edilәn cәmiyyәtin üzvlәri, әsasәn, mütәrәqqi Bakı ruhanilәri vә ziyalılarından ibarәt idi (Hacı Zeynalabdin Tağıyev, İsa bәy Hacınski, Bakı qazısı Mir Mәhәmmәd Kәrim vә b.). “H.”-in mәqsәdi şәhәrdә özbaşınalıq edәn bәzi qoçulara vә cinayәtkar dәstәlәrә, hәmçinin dini fanatizmә qarşı mübarizә aparmaq olmuşdur. ”H.” eyni zamanda dini mövhumat vә xurafat әleyhinә kәskin mövqe tutmuşdur; müsәlmanları maariflәndirmәk mәqsәdilә müraciәtnamә yaymış, cәmiyyәtin katibi Mustafa bәy Əlibәyov “İrşad” qәzetindә mәqalә ilә çıxış etmişdir. Bu mütәrәqqi tәdbirlәr mürtәce tәbәqә tәrәfindәn qәzәblә qarşılanmış, cәmiyyәt üzvlәrindәn axund Molla Ruhulla Mәmmәdzadә öz evindә namaz qılarkәn qәtlә yetirilmiş (16.1.1912), qazı Mir Mәhәmmәd Kәrimin evi yandırılmışdı.
Əd.: İ l k i n Q. “Bakı vә bakılılar”. B., 2006.










