Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDAYƏTZADƏ İsmayıl Hüseyn oğlu
    HİDAYƏTZADƏ İsmayıl Hüseyn oğlu (19.8.1901, Bakı – 11.11.1951, Bakı) – Azәrb. aktyoru, rejissor vә teatr xadimi. Azәrb. SSR xalq artisti (1938). Dәnizçi ailәsindә anadan olmuşdur. İlk tәhsilini mollaxanada almış, sonra “İttihad” mәktәbindә oxumuşdur. Sәhnә fәaliyyәtinә 1917 ildә peşәkar milli teatr kollektivlәrinin tamaşalarında başlamışdır. 1920 ildәn Birlәşmiş Dövlәt Teatrının (indiki Azәrb. Dövlәt Akademik Milli Dram Teatrı) dram truppasında aktyorluq etmişdir. Əbdülәli bәy (“Sevil”, C.Cabbarlı), Şvandya (“Lyubov Yarovaya”, K.Trenyov) H.-nin bu teatrda oynadığı ilk böyük rollarıdır. Sonralar o, Şәrif, Salamov (“Almas”, “1905-ci ildә”, C.Cabbarlı), Selesten (“Müdaxilә”, L.Slavin), Şeyx Nәsrullah (“Ölülәr”, C.Mәmmәdquluzadә), Şmaqa (“Günahsız müqәssirlәr”, A.Ostrovski), Hacı Qara (“Hacı Qara”, M.F.Axundzadә) vә s. obrazlar yaratmışdır. H. istedadlı aktyor olmaqla yanaşı, hәmçinin görkәmli rej. idi. 1934 ildә Firdövsinin anadan olmasının 1000 illiyi münasibәtilә “Sәyavuş” (H.Cavid) pyesini, 1936 ildә “Şahnamә” (M.Canan) әsәrini tamaşaya qoymuşdur. Bu tamaşalar professional sәhnә quruluşu baxımından Azәrb. rejissorluq sәnәtinin uğuru idi. H. 1937 ildәn ömrünün sonuna qәdәr, Azәrb. Dövlәt Opera vә Balet Teatrının baş rej. vәzifәsindә çalışmışdır. 1937 il aprelin 28-dә quruluşunda tamaşaya qoyulan Ü.Hacıbәylinin “Koroğlu” operası Azәrb. opera sәnәti tarixindә mühüm hadisә olmuşdur. 1938 ildә Moskvada keçirilәn Azәrb. İncәsәnәti ongünlüyündә nümayiş etdirilmiş tamaşa yüksәk qiymәtlәndirilmişdir. H. teatrın sәhnәsindә Ü.Hacıbәylinin “Arşın malalan” operettasının (1938), Ə.Bәdәlbәylinin “Qız qalası” baletinin (1940), Niyazinin “Xosrov vә Şirin” (1942), J.Bizenin “Karmen” (1946), Ə.Bәdәlbәylinin “Nizami” (1948) operalarının quruluşunu vermişdir. Eyni zamanda o, Azәrb. Dövlәt Dram Teatrında “1905-ci ildә”, “Od gәlini” (1937, 1939, C.Cabbarlı), “Qaçaq Nәbi” (1940, S.Rüstәm), rus dram teatrında “1905-ci ildә” (1939, C.Cabbarlı), “Vaqif” (1946, S.Vurğun) pyeslәrini tamaşaya qoymuşdur. H.-nin aktyorluq yaradıcılığı ilә rej.-luğu arasında üzvi vәhdәt var idi. Bitkin, dolğun obrazlar yaradan H. rej. kimi dә bәdii mükәmmәlliyә sәy göstәrmiş, fikir vә ifadә zәnginliyi ilә xarakterizә edilәn tamaşalar yaratmışdır. Milli formaya xüsusi diqqәt yetirәn sәnәtkar tamaşada üslub vәhdәtinin әldә edilmәsinә çalışmışdır. H. kinoda da çәkilmişdir (“Almas”, 1936, rej.-lar A.Quliyev vә İ.Braginski). Azәrb. SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
    Əd.: C ә f ә r o v C. Əsәrlәri, c.2, B., 1968, sәh. 114–147.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 