Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HİDRAVLİK İNTİQAL
    HİDRAVLİK İNTİQAL, m a ş ı n l a r ı n h i d r a v l i k i n t i q a l ı – işә salınacaq maşına tәzyiq altında daxil olan maye vasitәsilә mexanizmlәri hәrәkәtә gәtirmәk üçün qurğu vә avadanlıqlar kompleksi. H.i. enerji mәnbәyindәn, hidravlik ötürücüdәn vә kömәkçi avadanlıqlardan ibarәtdir. Tәtbiqindә әsas mәqsәd işә salınan maşının sürәti ilә yükü arasında tәlәb olunan asılılığı әldә etmәkdir; bundan әlavә avadanlığı daha sәmәrәli yerlәşdirmәyә, mühәrrikin gücündәn daha sәmәrәli istifadә etmәyә, sistemdә zәrbә yüklәrini azaltmağa vә s.-yә dә imkan verir. Enerji mәnbәyi kimi elektrik vә ya istilik mühәrrikindәn, tәzyiq altında olan mayedәn vә s. istifadә edilir. Bu halda H.i. müvafiq olaraq hidroelektrik intiqalı, buxar-qaz-turbin H.i. vә s. adlanır. Hidravlik ötürmәnin növündәn asılı olaraq hidrostatik (hәcmi), hidrodinamik vә qarışıq intiqallar olur. H ә c m i H.i. ixtiyari yüklәmәlәr zamanı maşının sürәtini yüksәk dәqiqliklә saxlamağa vә ya dәyişmәyә, fırlanma vә irәli-geri hәrәkәtlәrinin verilmiş rejimlәrini dәqiq yerinә yetirmәyә (idarәedici tәsirlәri güclәndirәrәk) imkan verir. Metalkәsәn dәzgahlarda, preslәrdә, UA-ların, gәmilәrin, ağır avtomobillәrin, kömürçıxaran kombaynların idarәetmә sistemlәrindә, istilik mühәrriklәrinin, hidroturbinlәrin avtomatik idarәetmә sistemlәrindә bu intiqallardan geniş istifadә olunur. H i d r o d i n a m i k H.i. yalnız fırlanma hәrәkәtinin alınmasını tәmin edir. Bu növ intiqallarda aparıcı valın fırlanma tezliyi yükün dәyişmәsi ilә avtomatik dәyişdiyindәn nәql. qurğuları üçün xüsusilә әhәmiyyәtlidir. Hidrodinamik H.i.-lar hәmçinin İEM-in, qaldırıcı maşınların, ventilyatorların vә s. qidalandırıcı nasosların intiqalları üçün tәtbiq edilir. Q a r ı ş ı q H.i.-a ştamplama preslәrinin ayrıca konstruksiyasının intiqalı misal ola bilәr; hidravlik silindrә maye ötürәn mәrkәzdәn qaçma nasosu elektrik mühәrrikindәn enerji alır vә öz növbәsindә presin işçi alәtini hәrәkәtә gәtirir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN