HİDRAVLİK MÜHƏRRİK – maye axınının enerjisini işlәk orqanın (val, pistonqolu vә s.) mexaniki enerjisinә çevirәn hidromaşın. İş prinsipinә görә dinamik vә hәcmi H.m-ә ayrılır. D i n a m i k H.m-lәrdә (hidravlik turbin, su çarxı) işlәk orqan (pәrli çarx) maye (әsasәn, su) axınının hәrәkәt miqdarı momentinin dәyişmәsinә görә fırlanır. H ә c m i H.m.-lәr (hidrosilindr vә hidromotorlar) işlәk kameranın maye ilә dolması vә işlәk orqanın (bilavasitә mayenin tәzyiqi altında işlәyәn sıxışdırıcı) yerini dәyişmәsi nәticәsindә hidrostatik tәzyiqlәhә rәkәt edir. Sıxışdırıcı porşen, lövhә, çarx dişi vә s. şәklindә olur. Hәcmi H.m.-in işlәk orqanı mәhdud düzxәtli irәli-geri (qüvvә hidrosilindrlәrindә), yaxud gerilәmә-dönmә (momentli hidrosilindrlәrdә), habelә qeyri-mәhdud fırlanma hәrәkәti (hidromotorlar) edir. Hidromotorlar porşenli vә rotorlu olur. Porşenli hidromotorlarda işlәk kamera tәrpәnmәzdir, işlәk orqan yalnız irәli-geri hәrәkәt edir. Rotorlu hidromotorların işlәk kamerası yerini dәyişir, sıxışdırıcının (işlәk orqanın) fırlanma hәrәkәti isә irәli-geri hәrәkәt ilә uyğunlaşa (kulis hidromotorlarında) bilir. Dinamik H.m.-lәrdәn әn çox hidroenergetika qurğularında (hidroelektrik st.-larında, su dәyirmanlarında), hәcmi H.m.-dәn isә maşınların hidravlik intiqalında istifadә edilir.










