HİDRAVLİK PRES – maye ilә (20–100 MPa tәzyiq altında olan) hәrәkәtә gәtirilәn pres. İş prinsipi Paskal qanununa әsaslanır. H.p.-dәn döymә, ştamplama, hәmçinin mәmulatları әymә vә düzәltmә, briketlәmә (mәs., tullantıları, yonqarları), preslәmә (mәs., ovuntu materialları) vә s. әmәliyyatlar üçün geniş istifadә edilir. Sintetik almaz istehsalında da tәtbiq edilir.










