Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDRAVLİK TARÁN
    HİDRAVLİK TARÁN – hidravlik zәrbә nәticәsindә yaranan tәzyiq hesabına suyu müәyyәn hündürlüyә qaldıran maşın. Hidravlik zәrbә mәnbәdәn gәlәn suyun dinamik basqısının tәsiri altında yaranır. H.t. hәlә 18 әsrdәn mәlum idi. H.t. nәzәriyyәsini N.Y.Jukovski (1907) işlәmişdir. Mükәmmәl H.t. konstruksiyalarından birini 1927 ildә D.İ.Trembovelski tәklif etmişdir. H.t.-nın zәrbә klapanının qısamüddәtli açılması zamanı mәnbәdәn gәlәn boru kәmәrindә yaranan su axını zәrbә klapanından kәnara atılır. Suyun qüvvә tәsiri klapanın çәkisi ilә müvazinәt yaradanda zәrbә klapanı qalxır. Klapanın bağlanması vә su axınının qәfildәn kәsilmәsi hidravlik zәrbә yaradır. Bu zaman tәzyiq artdığı üçün basqı klapanı açılır vә su basqı qapağına qalxır; boru kәmәrindә tәzyiq düşür, basqı klapanı bağlanır, zәrbә klapanı isә açılır vә bu klapan yalnız su axını müәyyәn sürәtә çatdıqda bağlanır. Bu yolla suyu 30–50 m vә daha artıq hündürlüyә qaldırmaq mümkündür. H.t.-dan su ehtiyatı su sәrfindәn xeyli artıq olduğu hallarda, habelә qurğunu mәnbә sәviyyәsindәn aşağı yerlәşdirmәk mümkün olduqda istifadә olunur. Əsasәn, k.t.-nda, habelә kiçik tikililәri su ilә tәchiz etmәk üçün vә s. tәtbiq edilir.
    Hidravlik taranın sxemi: 1 – yuxarı çәn; 2, 6 – boru kәmәrlәri; 3 – basqı qapağı; 4 – zәrbә klapanı; 5 – basqı klapanı; 7 – mәnbә; P – klapanı açmaq üçün zәruri qüvvә; h – suyun düşmә hündürlüyü; H – suyun qalxma hündürlüyü.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 