Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HİDRAVLİK TURBİN
    HİDRAVLİK TURBİN, h i d r o t u r b i n, s u t u r b i n i – suyun mexaniki enerjisini fırlanan valın enerjisinә çevirәn turbin. “H.t.” adlanan ilk hidravlik mühәrriklәr su çarxlarının tәkmillәşdirilmәsinin nәticәsi kimi 300 ildәn çox әvvәl yaradılmışdı. Bu turbinlәrin sәrbәst su şırnağının tәsiri ilә havada fırlanan pәrli işçi çarxları var idi. İlk reaktiv H.t.-i (gücü 4,4 kVt) 1827 ildә fransız mühәndisi B. Furneron ixtira etmişdir. 1855 ildә Amerika mühәndisi C.Frensis pәrlәri dönmәyәn, radial-oxlu işçi çarx, 1887 ildә isә alman mühәndisi Fink dönәn pәrli istiqamәtlәndirici aparat yaratmışdır. 1889 ildә Amerika mühәndisi A.Pelton aktiv (çalovlu) hidroturbin, 1920 ildә çex mühәndisi V.Kaplan dönәn pәrli turbin üçün patent aldı. 1880 ildә elektrik cәrәyanının uzaq mәsafәlәrә ötürülmәsi sistemi kәşf edildikdәn vә elektrik enerjisi istehsalını elektrik st.-larında cәmlәşdirmәk imkanı yarandıqdan sonra turbinqayırma tarixindә yeni mәrhәlә başlandı. H.t.-in enerji yaradılan әsas işlәk orqanı hidrogeneratorun rotoru ilә val vasitәsilә birlәşdirilәn fırlanan pәrli işçi çarxdır. Hidrogenerator ilә H.t. birlikdә hidroaqreqat adlanır. H.t.-in әsas xarakteristikaları: su tәzyiqinә vә sәrfinә düz mütәnasib olan müәyyәnlәşdirilmiş gәrginlik; yuxarı vә aşağı byefdәki su sәviyyәlәri arasındakı fәrqә bәrabәr maks. basqı; maks. su sәrfi (turbinin vahid zamanda buraxa bildiyi suyun miqdarı); f.i.ә. (turbin valı tәrәfindәn verilәn faydalı gücün yönәldilәn su axınının gücünә nisbәtinә bәrabәrdir); işçi çarxın diametri; hidrogenerator rotorunun fırlanma tezliyinә bәrabәr olan sinxron fırlanma tezliyi vә s. Yüksәk basqılarda tәtbiq edilәn iri H.t.-in gücü 700 MVt-dan çoxdur. İri SES-lәrdәki turbinlәrin işçi çarxının diametri 11 m, әn mükәmmәl hidroturbinlәrin f.i.ә. 96%-dәn çoxdur. İş prinsipnә görә H.t. aktiv (sәrbәst şırnaqlı) vә reaktiv (basqılı şırnaqlı) turbinlәrә ayrılır; çarx valının vәziyyәtinә görә şaquli, üfüqi vә maili H.t. var. A k t i v H.t. çalovlu, maili şırnaqlı, oxlu-halqalı vә s. növlәrә ayrılır. Çalovlu turbin daha geniş tәtbiq edilir; bunun işçi çarxı disk formasında olub, kәnarları boyunca çalov şәklindә pәrlәr qoyulmuşdur. Çalovlu H.t.-lәr 400–600 m-dәn çox olan basqılarda istifadә edilir; gücü sәrfiyyatın dәyişilmәsi ilә tәnzimlәnir. R e a k t i v H.t.-lәrin oxlu, radial-oxlu vә diaqonal turbin növlәri var. Pәrlәrin işçi çarxa bәrkidilmәsindәn asılı olaraq oxlu H.t.-lәr dönәn pәrli (pәrlәrin qurulma bucağını iş şәraitinә görә 35°-yәdәk dәyişmәk mümkündür) vә pәrli turbinlәrә ayrılır. Reaktiv H.t.-in әsas elementlәri: turbin (spiral) kamerası – suyun yönәldici aparatın bütün konturuna bәrabәr qaydada daxil olmasını tәmin edir; profillәnmiş pәrlәri olan istiqamәtlәndirici aparat – su sәrfini tәnzimlәyir (su aparatdan atm. tәzyiqindәn artıq tәzyiqlә çıxır); dönәn vә ya tәrpәnmәz pәrlәri olan işçi çarx – valı hidrogeneratorun valı ilә birlәşir; diffuzorlu sorucu boru – suyun sürәtini azaldaraq, su axınının kinetik enerjisinin xeyli hissәsindәn istifadә etmәyә imkan verir. İri reaktiv turbinlәr basqının 1–2 m-dәn 600–700 m-әdәk geniş sahәsindә tәtbiq olunur. 50–70 m basqıda oxlu, diaqonal vә radial-oxlu turbinlәr istifadә edilir. Daha yüksәk basqılarda aktiv turbinlәr işlәdilir. Radial-oxlu, dönәn-pәrli vә çalovlu H.t.-lәr elektrik enerjisi hasilatında (hidroenergetikada) geniş istifadә olunur. Elektrik st.-larından әlavә, radial-oxluya bәnzәr, işçi çarxı kiçik ölçülü H.t.-lәr bәrk mәdәn süxurlarını dağıtmaq üçün işlәdilәn alәtlәrin intiqalı üçün qazıma qurğularında tәtbiq edilir.
     
    Hidravlik turbinlәr: a – aktiv (çalovlu) tur bin: 1 – işçi çarx; 2 – ucluq; 3 – su daxil olan boru kәmәri; 4 – xüsusi mühәrrik; 5 – su sәrfini tәnzimlәyәn “iynә”; b – reaktiv turbin (axın hissәsi); 1 – turbin kamerası (spiral kamera); 2 – istiqamәtlәndirici aparat; 3 – işçi çarx; 4 – sorucu boru.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN