HİDRAVLİK ZƏRBƏ – basqılı maye axınının hәrәkәt sürәtinin qәfil azalması (artması) nәticәsindә tәzyiqin dәyişmәsi. Boruda siyirtmәnin tez bağlanması, turbin vә ya nasosun işinin birdәn-birә saxlanması nәticәsindә baş verә bilәr. Maye sәrfi azalanda basqılı boruda tәzyiq artırsa H.z müsbәt, maye sәrfi artanda tәzyiq azalırsa vә hәtta vakuum yaranması üçün şәrait meydana çıxırsa mәnfi hesab edilir. Müsbәt H.z. konstruksiyalar üçün tәhlükәlidir. Maye sәrfinin dәyişmәsi kifayәt qәdәr sürәtli olduqda H.z. sukeçirәn qurğuların dayanıqlığına tәsir edәn hәddә (qiymәtә) çata bilәr. H.z.-dәn qәza baş vermәsinin qarşısını almaq üçün xüsusi qurğulardan (qoruyucu klapan vә diafraqma, müvazinәtlәşdirici çәn, ventil vә s.-dәn) istifadә edirlәr.










