Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKİMYA )
    HİDRAVLİKA 
    HİDRAVLİKA (yun. ύδωρ – su vә αύλός – borucuq) – mayelәrin hәrәkәt vә müvazinәt qanunları, bәrk cisimlәrlә qarşılıqlı әlaqәsi, habelә hәmin qanunların mühәndis mәsәlәlәrinin hәllindә tәtbiqi üsulları haqqında texniki elm; texniki (tәtbiqi) hidromexanika. Mayelәr dedikdә H.-da damcılı mayelәr (fәrz edilir ki, onlar sıxılmır) nәzәr dә tutulur. Nәzәri vә texniki maye mexanikasının tәdqiqat obyektlәri eynidir. Mayelәrin müvazinәt qanunlarını öyrәnәn zaman hidrostatikanın ümumi qanunlarına әsaslanaraq aşağıdakı mәsәlәlәr tәdqiq edilir: mayenin qabların, boruların, avadanlıq vә qurğuların divarlarına, körpü dayaqlarına tәzyiqi, üzәn cisimlәrin müvazinәt şәrti, mayeyә batırılan cisimlәrә göstәrilәn tәzyiq (bax Arximed qanunu) vә s. H.-dama yelәrin müxtәlif axın rejimlәrindә hәrәkәti (laminar axın, turbulent axın) vә onların bir rejimdәn digәrinә keçid şәraiti (bax Reynolds әdәdi) tәdqiq edilәrkәn hidrodinamikanın әsas tәnliklәrindәn istifadә olunur. Tәtbiqi (texniki) hissә mayelәrin borularla, suyun kanal vә çaylarla axınını, axınla bәrk cismin qarşılıqlı tәsirini, mayenin hidravlik intiqallarda hәrәkәtini, mayenin mәsamәli material içәrisindәn basqılı vә basqısız hәrәkәtini vә s.-ni müxtәlif vasitәlәrlә öyrәnir. Turbulent axınlarla bağlı olaraq H. mayelәrin qәrarlaşmış (stasionar) hәrәkәtini vә zamandan asılı olaraq axının xarakteristikalarının dәyişdiyi qәrarlaşmamış (stasionar olmayan) hәrәkәtini öyrәnir. Mayenin hәrәkәt etdiyi kanalın formasından asılı olaraq axınlara müntәzәm (axın kәsiyinin formasının dәyişmәdiyi halda) vә qeyri-müntәzәm (kanalın en kәsiyinin genişlәnmәsi, yaxud daralması zamanı) axınlar kimi baxılır. H.-nın әsas bölmәlәri qurğuların H.-sı vә maşınların H.-sıdır. Q u r ğ u l a r H.-sı borulardakı axınları (boru kәmәri H.-sı), kanal vә çaylardakı axınları (açıq mәcralar H.-sı), mayelәrin dәliklәrdәn vә suaşıranlardan axmasını öyrәnir. Boru kәmәri H.-sında boruların verilmiş şәraitdә maye sәrfini tәmin edә bilәcәk ölçülәrinin tәyin olunması, müxtәlif tәyinatlı boru kәmәrlәrinin (su kәmәrlәri, elektik st.-larının basqılı boru kәmәrlәri, neft vә qaz kәmәrlәri vә s.) layihәlәndirilmәsi vә quraşdırılması zamanı yaranan bir sıra mәsәlәlәrin hәlli üsulları göstәrilir; istilikötürmәnin hesablanmasında böyük әhәmiyyәt kәsb edәn, borularda sürәtin paylaşdırılması mәsәlәsi vә s. araşdırılır. Borularda qәrarlaşmamış hәrәkәt nәzәriyyәsindәn hidravlik zәrbәnin tәdqiqindә istifadә olunur. Açıq mәcralar H.-sında gәmiçilik, suvarma, hidroenergetika vә s. kanallarının layihәlәndirilmәsi zamanı suyun dәrinliyinin vә kanal dibinin mailliyinin tәyini üsulları öyrәnilir. Mayelәrin dәliklәrdәn (arakәsmәlәrdәn) vә suaşıranlardan axmasını öyrәnәn H. Bölmәsindә müxtәlif çәnlәrdә, şlüzlәrdә, bәndlәrdә, su buraxan borularda vә s.-dә axın yerinin ölçülәri, hәmçinin mayenin axma sürәti vә çәnlәrin boşaldılma zamanı tәyin olunur. M a ş ı n l a r H.-sı üsulları turbinlәr, nasoslar vә s.-nin hesablanmasında, elәcә dә onların işinin tәdqiqindә tәtbiq edilir. H. hәmçinin mayelәrin süzülmәsini, yәni onların mәsamәli mühitlәrdәki hәrәkәtini dә öyrәnir. Hidravlik süzülmә nәzәriyyәsi mayelәrin müxtәlif basqısız vә basqılı şәraitlәrdә (suyun bәnddәn süzülmәsi, lay şәraitindә neftin, qazın vә suyun süzülmәsi vә s.) debitinin vә sürәtinin ölçülmәsi üsullarını tәyin edir. H.-nın qanunlarından hidrotexniki, su tәsәrrüfatı qurğularının layihәlәndirilmәsindә vә inşasında, su yollarının layihәlәndirilmәsindә vә istismarında, hidravlikma şın, intiqal vә s.-nin konstruksiya edilmәsindә istifadә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKİMYA 