Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDROAKKUMULYASİYA ELEKTRİK STÁNSİYASI
    HİDROAKKUMULYASİYA ELEKTRİK STÁNSİYASI – digәr elektrik stansiyalarından aldığı (elektrik enejisinә ehtiyacın az olduğu vaxtda) elektrik enejisini suyun potensial enerjisinә çevrirәn (akkumulyasiya etmә) vә sonra, lazım olduqca yenidәn elektrik enerjisinә çevirmәklә, әsasәn, pik yüklәrini (әn yüksәkhәddә çatan yüklәri) ödәmәk üçün enerji sisteminә qaytaran nasoslu-akkumulyasiyedici elektrik stansiyası. H.e.s.-nın әsas hissәsi biri digәrindәn hündürdә yerlәşәn vә bir-birilә boru kәmәri vasitәsilә birlәşdirilmiş iki hovuzdur (su anbarı). H.e.s. binasında boru kәmәrinin aşağı ucunda yerlәşәn hidroaqreqatlar üç, yaxud da iki maşınlı ola bilәr: üç maşınlı hidroaqreqatlar dönәr elektrik maşını (mühәrrik-generator), hidravlik turbin vә nasosdan; ikimaşınlılar isә dönәr elektrik maşını (mühәrrik-generator) vә dönәr hidravlik maşından (nasos vә ya turbin kimi işlәyә bilәn) ibarәtdir. Enerji sisteminin yükü azaldıqda (әsasәn, gecә vaxtı) H.e.s. nasosla suyu aşağı hovuzdan yuxarı hovuza vurur. Pik yüklәnmәlәrindә su yuxarı hovuzdan boru kәmәri ilә H.e.s.-nın aqreqatlarına verilir. Akkumulyasiya olunmuş enerjinin miqdarı hovuzların tutumu vә H.e.s.-nın basqısı ilә müәyyәn edilir. Konstruktiv xüsusiyyәtlәrinә görә H.e.s. iki tipә ayrılır: elektrik enerjisinin istehsalı üçün yalnız aşağı hovuzdan yuxarıya verilәn sudan istifadә edәn elektrik st.-ları vә hәm verilәn sudan, hәm dә çayın tәbii axarından istifadә edәn elektrik st.-ları. H.e.s.-nın işә düşmә vә iş rejimini dәyişmә müddәti bir neçә dәq ilә ölçülür. H.e.s. enerji sisteminin etibarlılığını vә sәmәrәliliyini artıran daha effektiv manevrli elektrik st.-sıdır. Bu xüsusiyyәt yüklәnmәnin kәskin dәyişmәsinә çox hәssas olan avadanlıqlarla işlәyәn istilik vә atom elektrik st.-ları üçün çox vacibdir. H.e.s.-nın elektrik enerjisinin istehlak mәrkәzlәrinin yaxınlığında tikilmәsi daha mәqsәdәuyğundur. Belә ki, qısamüddәtli istifadә üçün uzun elektrik xәtlәrinin çәkilmәsi iqtisadi cәhәtdәn әlverişsizdir. Gücü 1 MVt olan ilk H.e.s. 1908 ildә İtaliyada tikilmişdir. H.e.s.-ların sayı dünyada 1940 ildә 40-a, 1965 ildә 110-a, 2000 ildә 300-ә (ümumi gücü 100 GVt) çatmışdır. H.e.s.-lar Avropada daha geniş yayılmışdır. Zәngin su-enerji ehtiyatlarına malik olduğundan ABŞ vә Kanadada H.e.s.-ların sayı azdır. Lakin son dövrlәrdә bu ölkәlәrdә dә H.e.s.-lara maraq artmışdır. Adi SES-lәrә nisbәtәn H.e.s.-nın (su anbarlarının tikintisinin) tәbiәtә tәsiri azdır. H.e.s.-nın yer üstü su anbarlarının ölçülәri kiçik olduğundan, onların tikintisi әtraf mühitә ciddi tәsir etmir, yerli iqlimin dәyişmәsinә, seysmik aktivliyin artmasına sәbәb olmur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 