HİDROAKUSTİK STÁNSİYA – suda sәs dalğalarının (rәqslәrin) qәbulu vә şüalandırılması üçün akustik, elektrik, elektron cihazlar vә qurğular kompleksi. Akustik dalğaları yalnız qәbul edәn passiv tәsirli (küypelenqlәyici, kәşfiyyat H.s. vә s.) vә akustik dalğaları şüalandıran, hәmçinin obyektdәn әks olunan dalğaları qәbul edәn aktiv tәsirli (hidrolokator, exolot, sualtı sәs rabitәsi st.-ları vә s.) H.s.-lara ayrılır. Passiv H.s. küy yaradan obyektin (hәrәkәt edәn gәmi vә sualtı qayıq aktiv tәsirli H.s. vә s.) aşkarlanması vә pelenqlәnmәsini (istiqamәtin tәyin edilmәsi) tәmin edir. Belә st.-ların tәrkibinә hidroakustik antena, elektron aparatlar, antenanın istiqamәtlәnmә xarakteristikalarını formalaşdıran qurğu vә s., aktiv H.s.-ların tәrkibinә isә adı çәkilәn qurğularla yanaşı, elektrik şüalanma siqnallarını formalaşdıran generator qurğusu, bu siqnalları akustik siqnallara çevirib müәyyәn bucaq altında suya şüalandıran antena, antenanı qoşan kommutasiya qurğusu vә s. daxildir. Passiv H.s. yalnız qәbul rejimindә işlәdiyi üçün fәaliyyәti gizli qalır. Aktiv H.s. hәm küylü, hәm dә küysüz, hәmçinin hәrәkәtli vә hәrәkәtsiz obyektlәri aşkarlaya bilir, lakin şüalandırmasına (qәbul-ötürmә şüalandırma rejimindә işlәyir) görә özü dә aşkarlanır. H.s. gәmilәrdә (o cümlәdәn sualtı qayıqlarda), helikopterlәrdә, hәm dә stasionar şәkil dә quraşdırılır; istәnilәn obyektlәrin yerinin tәyin edilmәsi, hidroakustik rabitәnin qurulması (mәs., sualtı qayıqların bir-biri ilә vә ya gәmilәrlә), әrazi sularının mühafizәsi, dәrinliyin vә buzun qalınlığının ölçülmәsi, hәmçinin naviqasiya, geoloji kәşfiyyat vә dәniz mühitinin öyrәnilmәsi (mәs., balıqların toplaşdığı yerin aşkarlanması) vә s. mәsәlәlәrin hәlli üçün istifadә edilir.










