HİDROBORLAŞMA – borhidrogenlәrin vә ya onların mono- vә dialkiltörәmәlәrinin üzvi birlәşmәlәrin çoxqat rabitәlәrinә birlәşmә reaksiyaları; mәs; 6CH3CH=CH2 + B2H6 → 2(CH3CH2CH2)3B H. 1959 ildә H.Braun tәrәfindәn kәşf edilmişdir. Hidroborlaşdırıcı reagent kimi, adәtәn, tetrahidrofuranda diboran B2H6 vә ya iri hәcmli әvәz edicilәri olan dialkilboranlar istifadә edilir. Elektron vә sterik effektlәr H.-nın Markovnikov qaydasının әksinә sis-birlәşmә reaksiyası kimi getmәsini şәrtlәndirir. H. bor-üzvi birlәşmәlәri alınmasında vә çox mәrhәlәli sintezlәrdә müxtәlif funksio nal qrupların molekula daxil edilmәsindә is tifadә olunur.
Əd.: М и х а й л о в Б.М., Б у б н о в Ю.Н. Борорганические соединения в органическом синтезе. М., 1977. Органическая химия / Под ред. Н.А. Тюкавкиной. М., 2002. Кн.1.










