Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDROENERGÉTİKA
    HİDROENERGÉTİKA – suyun enerjisindәn istifadә etmәklә, әsasәn, SES-lәrdә elektrik enerjisinin istehsalı ilә әlaqәdar energetikanın bölmәsi. H. obyektlәri kompleks tәyinatlıdır vә elektrik enerjisi istehsalından başqa su nәql.-nın, irriqasiyanın, kommunal-mәişәt su tәchizatınının inkişafı, daşqınlar zamanı әrazilәrin subasmadan qorunması üçün dә istifadә olunur. H. bir sıra mühüm iqtisadiyyat sahәlәrinin, elәcә dә bütünlüklә ölkәnin fәaliyyәti vә inkişafı üçün infrastrukturdur. İnsan hәlә lap qәdim zamanlardan çaylara mümkün enerji mәnbәyi kimi baxmışdır. Su ilk enerji mәnbәyi olmuşdur, yәqin ki, insanın su enerjisindәn istifadә etdiyi ilk maşında sadә su turbinidir. 2000 il bundan әvvәl Yaxın Şәrqdә kürәkli val şәklindә suçarxları istifadә edilmişdir. İlk hidroenergetik qurğular su axınının enerjisini mexaniki enerjiyә çevirәrәk dәzgah, çәkic vә s.-ni hәrәkәtә gәtirirdi. Hidroturbinlәrin, elektrik maşınlarının vә elektrik enerjisinin böyük mәsafәyә ötürülmәsi üsullarının kәşfi ilә H. yeni әhәmiyyәt kәsb etdi; su-elektrik stansiyalarında su enerjisini elektrik enerjisinә çevirmәklә onun mәnimsәnilmәsinә başlanıldı. 1920 ildә dünyadakı SES-lәrin ümumi gücü 17000 MVt-a çatdı, Niaqara şәlalәsindә tikilmiş “Adams” SES-inin (ABŞ) gücü 37 MVt idi. Su axınlarının H. potensialı 3 qrupa ayrılır: nәzәri potensial – texniki imkanlardan vә iqtisadi sәmәrәlilikdәn asılı olmayaraq su axınının bütün ayrı-ayrı hissәlәrinin tam gücünün cәmi; texniki potensial – su axınının nәzәri (ümumi) potensialının istifadә oluna bilәcәk hissәsi; iqtisadi potensial – texniki potensialın mövcud şәraitlәrdә iqtisadi cәhәtdәn ödәnilmiş (özünü doğrultmuş) hissәsi. Bir çox ölkәlәrdә, o cümlәdәn Avropa ölkәlәrindә, ABŞ, Yaponiya, Asiya vә C.Amerika ölkәlәrindә H. potensialından istifadә sәviyyәsi 50%-dәn çoxdur, Kanada vә Norveçdә potensialın mәnimsәnilmә sәviyyәsi 70%-i, Fransa vә İsveçrәdә isә hәtta 90%-i keçir. H. potensialından Çindә daha intensiv istifadә edilir, son illәrdә bir-birinin ardınca 50-dәn çox iri H. obyekti tikilmişdir. Yeni hidroaqreqatların yaradılması ÇXR, ABŞ, Kanada, Almaniya, İsveçrә, İspaniya kimi ölkәlәrin elektrik tәchizatında kiçik SES-lәrin mühüm yer tutmasına sәbәb oldu. Bu sahәdә ÇXR liderdir; kiçik SES-lәrin ümumi gücü 14000 MVt-dan çoxdur. H. ölkәnin yanacaq-energetika kompleksinin әsas altsahәlәrindәn biridir. Bәrpa olunan enerji ehtiyatlarından etmәklә H. elektrik enerjisinin istehsalına sәrf olunan yanacağa ehtiyacı azaldır, yana caq-energetika balansının strukturunu yaxşılaşdırır, elektrik tәchizatının etibarlılığını vә keyfiyyәti artırır, elektrik enerjisinin istehsalının maya dәyәrini aşağı salır. Azәrb. әrazisindәn axan Kür, Araz, Alazan, Qabırrı, Tәrtәr vә Samur çaylarının enerji ehtiyatı tәqr. 3 mln. kVt, xırda çayların enerji ehtiyatı isә 2,5 mln. kVt-dır. Hazırda respublikanın elektrik enerjisi sisteminin tәrkibindә aşağıdakı SES-lәr fәaliyyәt göstәrir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 