HİDROFİTLƏR (hidro... + yun. φυτόν – bitki) – qrunta yapışmış vә yalnız alt hissәlәri suya batmış su bitkilәri. H. müxtәlif su hövzәlәrinin sahillәrindә, dayazlıqlarda, elәcә dә bataqlıqlarda (helofitlәr) bitir. Bәzi H. rütubәtli zәmilәrdә alaq otu kimi (mәs., süsәnbәr, qamış) bitә bilir. H.-in kök sistemi, suötürücü mexaniki toxumaları vә damarları yaxşı inkişaf etmişdir. H.-in toxumalarında havanı bitkinin aşağı hissәlәrinә çatdıran çoxlu hüceyrәlәrarası vә hava boşluqları var. Mәdәni bitkilәrdәn H.-ә çәltik aiddir. Bir çox H. su hövzәlәrinin otbasma prosesindә iştirak edәrәk torfәmәlә gәtirәndir.










