HİDROFÓB ÖRTÜK – hidrofil materialların sәthindә su ilә islanmayan maddәlәrdәn yaradılan nazik qat. H.ö. materialı (adsorbsiya monomolekulyar qatdan tutmuş nazik lak tәbәqәyәdәk) su ilә qarşılıqlı tәsiri zәif olan, lakin material sәthindә möhkәm oturan maddәlәrlә – hidrofobi zatorlarla emal etmәk yolu ilә alınır. Hidrofobizator kimi alifatik turşuların duzları, mis, alüminium vә başqa metal duzları, sәthi aktiv (kation-aktiv) maddәlәr, silisium vә flüor-üzvi birlәşmәlәr tәtbiq edilir. H.ö.-lәr şәffafdır, materialın xarici görünüşünü vә rәngini dәyişmir. Onlardan müxtәlif materialları (metal, oduncaq, plastik kütlә, dәri, toxunma vә toxunmamış lifli materialar, beton, metal vә s.) suyun dağıdıcı tәsirindәn qorumaq üçün istifadә olunur. H.ö.-lәr daha çox toxuculuq, ayaqqabı sәnayesindә vә tikintidә tәtbiq edilir.










