HİDROFÓBİYA (hidro ... + fobiya), s u d a n q o r x m a – su içmәyә tәşәbbüs etdikdә vә hәtta suyu gördükdә, yaxud onu yada saldıqda udlaq vә qırtlaq әzәlәlәrinin şiddәtli spazmı ilә baş verәn qorxu. Ən çox quduzluq (qabaqlar xәstәliyin adının sinonimlәrindәn biri), tetanus, histeriyalar zamanı müşahidә edilir.










