HİDROFORMİLLƏŞMƏ, o k s o s i n t e z – katalizatorun iştirakı ilә karbon monooksid vә hidrogenin doymamış üzvi birlәşmәlәrin ikiqat rabitәsinә birlәşmә reaksiyası; bu zaman molekulları ilkin birlәşmәdәn bir karbon atomu artıq saxlayan normal vә şaxәli zәncirli aldehidlәrin qarışığı әmәlә gәlir, mәs.: 2C6H5–CH=CH2 + 2CO + 2H2→ C6H5–CH2–CH2–CHO + C6H5–CH(CH3)–CHO. H. zamanı aldehidlәrin spirtlәrә reduksiyası, asetal vә ketonların әmәlә gәlmәsi, polimerlәşmә vә s. kimi әlavә reaksiyalar gedir. H.-nin katalizatorları, әsasәn, kobalt vә ya radium birlәşmәlәridir (mәs., Co2(CO)8, Rh2(CO)9 karbonillәri). Reagent vә katalizatorların tәbiәtindәn asılı olaraq H. 100–180℃-dә vә 2–30MPa tәzyiqdә aparılır. Hәlledici kimi müxtәlif karbohidrogenlәr vә sadә efirlәrdәn istifadә olunur. H. sәnayedә aldehidlәrin sintezindә istifadә edilir vә onlardan spirt vә ya karbon turşuları alınır.
Əd.: Ф а л ь б е Ю. Синтез на основе окиси углерода. Л., 1971.










