HİDROFOSFORİL BİRLƏŞMƏLƏR – molekulunda hidrofosforil qrupu >P(О)H olan birlәşmәlәr. H.b. üçün tautomerlik sәciyyәvidir:
Burada X, Y–H, OH, R, OR, NR2, SR (R – karbohidrogen radikalı). H.b.-ә bәzi fosfor turşuları (mәs., hipofosfit H3PO2 vә fosfit H3PO3 turşuları), hәmçinin onların bir sıra törәmәlәri aiddir. H.b. üçün tautomer tarazlıq sola yerini dәyişmişdir; P atomunda poliflüorlaşdırılmış radikallar saxlayan birlәşmәlәr, mәs., (CF3)2POH istisna tәşkil edir. Əsasların iştirakı ilә H. b.-in molekulları protonu itirәrәk ambident aniona çevrilir ki, bu da, adәtәn, P atomu üzrә elektrofil reagentlәrlә asanlıqla reaksiyaya girir, mәs.:
H.b., adәtәn, digәr fosfor-üzvi birlәşmәlәrin hidrolizindәn alınır. Nuklein turşuların, dәrmanların, pestisidlәrin, ekstragentlәrin, plastifikatorların vә s. sintezindә tәtbiq edilir.
H.b., adәtәn, digәr fosfor-üzvi birlәşmәlәrin hidrolizindәn alınır. Nuklein turşuların, dәrmanların, pestisidlәrin, ekstragentlәrin, plastifikatorların vә s. sintezindә tәtbiq edilir.









