HİDROGEN BAKTERİYALARI elektronların son akseptoru kimi molekulyar oksigenin iştirakı ilә molekulyar hidrogenin oksidlәşmәsindәn enerjini almaq üçün istifadә edәn mikroorqanizmlәr qrupu: 2H2+ O2 → 2H2O. Bu reaksiya müxtәlif mühitlәrdә yaşayan mikroorqanizmlәrin geniş dairәsi üçün sәciyyәvidir. O, hidrogenaza fermentinin iştirakı ilә gedir. H.b. avtotrof orqanizmlәr olmasına baxmayaraq, bu qrupun әksәr nümayәndәlәri böyümә vә inkişafın gedişindә әlavә olaraq cüzi miqdarda aşağımolekullu üzvi maddәlәrdә istifadә edir. H.b.-ın bir hissәsi karbon monooksidi oksidlәşdirә bilir (karboksidobakteriyalar). İlk әvvәl H.b.-na yalnız Hydrogenomonas cinsinin nümayәndәlәri aid edilirdi. Hazırda qrupun tәrkibinә, adәtәn, adının kökündә Hydrogeno- olan müxtәlif bakteriya cinslәri daxil edilir. Hәmçinin, müәyyәn edilmişdir ki, H2-in istifadәsi ilә aerob avtotrof böyümә qabiliyyәti nokardiyalara, bәzi korinebakteriyalara (artrobakteriyalar) vә yumrucuq bakteriyalarına (rizobiumlar), hәmçinin bir sıra digәrlәrinә xasdır. H.b. arasında dәrin, isti su mәnbәlәrindә (qazohidroterm) yaşayan, filogenetik cәhәtdәn әn qәdim eubakteriyalara aid edilәn Aquificales cinsinә mәxsus bakteriyalara rast gәlinir.










