Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKSİLAMİN )
    HİDROGEN RABİTƏSİ 
    HİDROGEN RABİTƏSİ – daha elektromәnfi X atomu (çox vaxt O, N, halogenlәr) ilә kovalent әlaqәdә olan hidrogen atomunun H digәr elektromәnfi Y atomla әmәlә gәtirdiyi kimyәvi rabitә tipi; nәticәdә X–H...Y kompleksi yaranır. Y atomunun (O, N, F, Cl, S vә bәzi d.) bir qayda olaraq, elektron sıxlığı hidrogen atomu istiqamәtindә toplanmış olan bölünmәmiş elektron cütü vardır. Hidrogen atomunda belә әlavә kimyәvi rabitә әksәr hallarda iki molekulun qarşılıqlı tәsirindәn yaranır (RX–H...YR′) vә buna görә çox vaxt molekullararası H.r. adlanır. RX –H molekulu protonun donoru, YR molekulu protonun akseptorudur. H.r. molekulun fraqmentlәrinin müvafiq vәziyyәtlәrindә bir molekul daxilindә әmәlә gәlә bilәr (mәs., salisil turşusunda) vә bu molekul daxili H.r. adlanır. H.r.-nin yaranması әsasәn H.r.-ndә iştirak edәn hәr bir atomda elektron sıxlığının bir qәdәr yenidәn paylanması ilә müәyyәn edilir, lakin bu zaman atomlarda elektrik yüklәrinin cәmi praktiki olaraq dәyişmir; yәni H.r.-nin yaranması әsasәn polyarlaşma qarşılıqlı tәsiri xarakterinә malikdir. H.r.-nin әmәlәgәlmә enerjisi 10–12 kC/mol-dan (zәif H.r.) 120–150 kC/mol-a (möhkәm H.r.) qәdәr dәyişir. Möhkәm H.r.-ni bir qayda olaraq, XHY– vә ya XHY+ tipli ion-molekulyar komplekslәri әmәlә gәtirir. H.r. yarandıqda X–H fraqmenti üçün nüvәlәr arası mәsafә bir qәdәr artır, adәtәn H...Y rabitәsinin uzunluğu X–H rabitәsinin uzunluğundan nәzәrә çarpacaq dәrәcәdә çoxdur, mәs., (H2O)2 dimerindә O–H vә H...O rabitәlәrinin uzunluğu müvafiq olaraq 0,096 vә 0,177nm-dir. Möhkәm H.r. әmәlә gәldikdә nüvәlәrarası mәsafә bәrabәrlәşir. Neytral molekullar arasında möhkәm H.r. yarana bilәr, mәs., dime tilfosfin turşusunun molekulu (CH3)2P(O)OH O–H...O=P әlaqәlәri hesabına assosiasiyalaşmışdır. H.r. olan birlәşmәlәrdә X–H...Y fraqmenti bir qayda olaraq, xәtti (vә ya xәttiyә yaxın) konfiqurasiya ilә sәciyyәlәnir. Möhkәm hidrogen rabitәli molekulyar birlәşmәlәrdә, xüsusilә tsiklik dimerlәrdә X–H...Y fraqmentindә valent bucağı 115–120°-yә qәdәr kiçilә bilәr. Bir sıra hallarda H.r.-nin әmәlә gәlmәsi zamanı (xüsusilә mәhlullarda) ion-molekulyar tautomeriyanın (XH...Y  X–...HY+) yaranması mümkündür. Hidrogen rabitәli sistemlәr daha az davamlı H.r. olan (ya da heç olmayan) vә böyük molekul kütlәsinә malik müvafiq analoqlarından daha yüksәk әrimә vә qaynama temp-rları, özlülüklәri ilә fәrqlәnir. Mәs., H2S-in qaynama temp-ru –60ºC, suyun ki isә 100ºC-dir. Molekuldaxili H.r. isә әksinә, göstәrilәn temp-rların aşağı düşmәsinә gәtirib çıxara bilәr. H.r.-nin mövcud olması birlәşmәlәrin İQ-spektrlәrindә daha aydın görünür. NMR spektrlәrindә H.r.-nin protonunun, hәmçinin bu rabitәnin yaranmasında iştirak edәn 13C, 17O, 14N, 15N-in vә digәr atomların nüvәlәrinin kimyәvi sürüşmәsi müşahidә olunur. H.r.-nin mövcudluğu çoxlu sayda fiziki-kimyәvi proseslәrә (hәllolma, sorbsiya, kataliz vә s.) әhәmiyyәtli tәsir göstәrir, bir sıra reaksiyaların sürәtini, istiqamәtini vә mexanizmini müәyyәn edir, materialların mexaniki xassәlәrinә tәsir edir. H.r. әksәr bioloji cәhәtcә mühüm molekulların stabillәşmәsi vә strukturlaşmasında, o cümlәdәn zülal molekullarının quruluşunun ayrı-ayrı fraqmentlәrinin komplementar uyğunluğu әsasında formalaşmasında mühüm rol oynayır. DNT molekullarında ikiqat spiralın mövcud olması bu molekulların nukleotid qalıqlarının H.r. hesabına birlәşmәsi ilә şәrtlәnir.
    Əd.: Водородная связь: как ее понимать //Соросовский образовательный журнал. 2001. № 2.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKSİLAMİN 