HİDROGENERÁTOR (hidro... + generator) – hidroturbinlә hәrәkәtә gәtirilәn elektrik enerjisi generatoru. Gücünә görә az güclü (50 MVt-adәk), orta güclü (50–150 MVt) vә güclü (150 MVt-dan çox); fırlanma tezliyinә görә yavaşsürәtli (100 dövr/dәq-dәk) vә yüksәksürәtli (100 dövr/dәq-dәn çox) H.-lara ayrılır. Rotorunun fırlanma oxu şaquli vә üfüqi olan H.-lar var. Güclü vә eyni zamanda yavaşsürәtli H.-lar, adәtәn, şaquli fırlanma oxu ilә hazırlanır vә aşağıbasqılı SES-lәrdә istifadә olunur. Yüksәk sürәtli üfüqi fırlanma oxlu H.-lar dağlıq r-nlardakı böyük hidravlik tәzyiqli SES-dә tәtbiq edilir. H.-un әsas xarakteristi kaları bunlardır: generasifya edilәn gәrginlik 18 kV-adәk; güc әmsalı 0,8-dәn 0,95-әdәk; yük sәksürәtli H.-ların f.i.ә. 97,5–98,8%, yavaşsürәtlilәrin isә 96,3–97,6%-dir. H. konstruksiya edilәn zaman vә quraşdırılarkәn hidroaqreqatın fırlanan hissәlәrinin bәrkidilmәsinә, hәmçinin rotor vә statorun dolaqlarının soyudulmasına xüsusi fikir verilmәlidir. H.-un rotorunun vә turbinin işçi çarxının ağırlığını, hәm dә işçi çarxa olan tәzyiqi dayaq yatağı (dabanlıq) qәbul edir. Dayağın vәziyyәtinә görә asma vә çәtir tipli H-lar olur. Güclü-yavaşsürәtli H.-ların, adәtәn, ölçülәri böyük olduğundan onların kütlәsi vә qabaritini kiçikltmәk üçün çәtir tipindә hazırlanması mәqsәdәuyğundur. Yüksәksürәtli kiçik qabaritli H. üçün asma tipli konstruksiya daha sәrfәlidir; rotorun mexaniki rәqslәrinә daha davamlıdır, dayaq yatağının diametri azdır, quraşdırılması sadәdir. İri H.-ları (gücü 300 MVt-adәk) soyutmaq üçün qapalı ventilyasiya sistemi tәtbiq edilir. Stator dolaqlarının distillә olunmuş su ilә soyudulması çox effektlidir. H. onun valında quraşdırılmış kömәkçi daimi cәrәyan generatoru ilә tәsirlәndirilir.










