HİDROGENOLİZ (lat. Hydrogenium – hidrogen + liz), d e s t r u k t i v h i d r o g e n l ә ş m ә – üzvi birlәşmәlәrdә C–X (X–C, N, S, O vә s.) rabitәsinin hidrogenin tәsiri ilә parçalanma reaksiyası vә eyni zamanda onun qırılmış rabitәnin uclarına birlәşmәsi; mәs., C6H5CH2–OC2H5+H2 → →C6H5CH3+C2H5–OH. Tsiklik birlәşmәlәrin H.-indә çox vaxt halqa açılır. H., adәtәn, heterogen hidrogenlәşmә katalizatorlarının iştirakı ilә gedir. H.-dәn hidrokrekinqdә, monosaxaridlәrdәn çoxatomlu spirtlәrin alınmasında, oliqonukleotidlәrin vә polipeptidlәrin sintezindә müdafiә qruplarını kәnarlaşdırmaq üçün istifadә olunur.
Əd.: Л е б е д о в Н.Н. Химия и технология основного органического и нефте химического синтезя. 4-е изд. М., 1988.










