HİDROGEN-PEROKSİD – әn sadә qeyri-üzvi peroksid birlәşmә, H2O2. H.-p.-i ilk dәfә 1818 ildә Z.Tenar almışdır. H.-p. şәffaf, açıq-mavi rәngli, iysiz, özlü mayedir; tәr. –0,41°C, tqayn. 150,2°C. Otaq temp-runda tәdricәn H2O vә O2-yә parçalanır; parçalanma qızdırdıqda, katalizatorun (mәs., MnO2, katalazalar, peroksidazalar) iştirakı ilә, işığın tәsirindәn kәskin sürәtlәnir vә partlayışla müşayiәt oluna bilәr. H.-p. su ilә bütün nisbәtlәrdә qarışır; 30%- li sulu mәhlulu perhidrol adlanır. Spirtdә, efirdә yaxşı hәll olur. H.-p. kağız, pambıq, kәpәk vә d. yanar maddәlәri alışdıran güclü oksidlәşdiricidir, reaksiya şәraitindәn vә qarşılıqlı tәsirdә olduğu maddәnin tәbiәtindәn asılı olaraq özünü hәm dә reduksiyaedici kimi aparır. mәs., Ag2O-nu Ag-ә, MnO -ü Mn2+, Ge4+-ü Ge3+-ә qәdәr vә s. reduksiya edir. Duzların hidratlarına oxşar bәrk solvatlar әmәlә gәtirir. H.-p.-in sәnayedә әsas alınma üsulu üzvi mәhlulda alkilantrahidroxinonun oksigenlә avtooksidlәşmәsidir. H.-p. qeyri-üzvi peroksidlәr, perboratlar, perkarbonatlar, hәmçinin epoksidlәr, hidroxinon, qliserin, üzvi peroksidlәr vә s.-nin istehsalında; hidrometallurgiyada; yağların, kağız vә parçaları ağardılmasında, çirkab suların dezinfeksiyası vә zәrәrsizlәşdirilmәsindә; raket yanacaqlarında oksidlәşdirici, polimerlәşmәdә inisiator, avtonom hәyat tәmini sistemlәrindә oksigen mәnbәyi kimi istifadә olunur.










