HİDROGEN-YODİD – yodun hidrogenlә kimyәvi birlәşmәsi, HJ; kәskin iyli, havada tüstülәnәn rәngsiz qaz; tәr. –50,8℃, tqayn. – 35,36℃. Suda yaxşı hәll olur; sulu mәhlulu güclü hidrogen-yodid turşusudur, duzları yodidlәr adlanır. H.-y. davamsızdır, normal şәraitdә tәdricәn (işıq da vә ya qızdırıldıqda sürәtlә) hidrogen vә yoda dönәr halda parçalanır. H.-y. güclü reduksiyaedicidir. Aktiv metallarla yodidlәr әmәlә gәtirir. Yod buxarının katalizator üzәrindә hidrogenlә qarşılıqlı tәsirindәn, bәzi yodidlәrin (mәs., PJ3) hidrolizindәn alınır. H.-y. vә hidrogen-yodid turşusu yodidlәrin, yodtәrkibli üzvi birlәşmәlәrin alınmasında, reduksiyaedici kimi üzvi sintezdә istifadә olunur; H.-y.-in dissosiyasından hidrogen energetikasında hidrogen almaq üçün tәtbiq edilir.










